ONN media xəbər verir ki, 13 iyun tarixində “17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika” və “8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat” sərgiləri çərçivəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında iki razılaşma protokolu imzalanıb.
Vergilər naziri Mikayıl Cabbarov və nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin imzaladığı protokollar avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar istisna olmaqla sərnişin və yük daşımaları sahəsində vergilərin yığılması və mobil cihazların qeydiyyata alınması ilə bağlı əməkdaşlığı müəyyən edir.
Avtomobil nəqliyyatına aid razılaşma protokolunun imzalanmasında əsas məqsəd müasir informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, eyni zamanda vergilərin tam həcmdə və vaxtında yığılmasının təmin olunması sahəsində iki dövlət orqanı arasında əməkdaşlığın genişlərdirilməsidir.
Digər protokol isə fərdi qaydada və gömrük bəyannaməsini təqdim etmədən fiziki şəxslər tərəfindən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasını və bu prosesə birgə nəzarət mexanizmlərini, habelə bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət istiqamətlərini müəyyən edir.
Protokolların imzalanması mərasimində bildirilib ki, qeyd olunan sahələr üzrə birgə əməkdaşlıq səmərəliliyin artırılmasına xidmət edəcək.



Bakı-İstanbul avtobus sərnişindaşımaları bərpa olunur?
Prezident bu naziri işdən çıxardı və... - SƏRƏNCAM
Sərnişin və yük daşımaları ilə bağlı QƏRARLAR DƏYİŞDİ
Azərbaycanda yeni qurum yaradıldı
Əli Əsədov qərar imzaladı
Bu taksilərin nəzərinə- İcazə verilməyəcək
Prezident Azərbaycanla Rusiya arasında saziş təsdiqlədi
Yük maşını sürənlər MÜTLƏQ OXUYUN
Prezident sərəncam imzaladı - SƏDR DƏYİŞDİ
VPN-nə SON: Nazir tarix açıqladı
Azərbaycanda vahid Nəqliyyat Strategiyası hazırlanacaq
Bu sürücülər CƏZALANDIRILACAQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 