Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva ONN media-ya bildirib ki, Energetika naziri Pərviz Şahbazov Vyanda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb.
Görüşdə neft bazarında mövcud vəziyyət, neft hasilatınının azaldılması ilə bağlı mövcud öhdəliklərə dəyişikliklərin mümkün variantları nəzərdən keçirilib. Bildirilib ki, 2016-cı ildə əldə olunmuş razılığa əsasən OPEC+ ölkələri gündəlik neft hasilatını 1,8 milyon barrel azaltmalı olduqları halda, faktiki olaraq bu göstərici təxminən 2,8 milyon barrel təşkil edir. Bu isə neftə artan tələbatın ödənilməsində problemlər yaradır. Ona görə də neft hasilatının artırılması bazarda tələb-təklifin tarazlaşdırılması məqsədilə tələbin ödənilməsi üçün zəruridir və həcmlər OPEC və qeyri-OPEC nazirlərinin qarşıdakı iclasında birgə müzakirə əsasında müəyyənləşdiriləcək.
Energetika naziri Pərviz Şahbazov dünya neft bazarında proseslərin neft istehsalı və ixracı ilə məşğul olan ölkələrin maraqlarına uyğunluğunun təmin edilməsi üçün birgə səylər göstərilməsinin mühümlüyünü qeyd edib. Azərbaycanda neft hasilatı ilə bağlı hazırki və proqnozlaşdırılan imkanlar barədə məlumatı diqqətə çatdırıb. Dünya neft bazarının sabitləşdirilməsi prosesinin iştirakçısı kimi bundan sonra da ölkəmizin dəstəyini ifadə edib.



Azərbaycanın energetika naziri səudiyyəli həmkarı ilə görüşüb
Bu gün “OPEC plus” ölkələri yenidən toplaşır
Azərbaycanın energetika naziri OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək
“OPEC plus”un yeni Razılaşmasını Azərbaycan da təsdiqlədi
Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasları keçiriləcək
Azərbaycandan neft hasilatı ilə bağlı – QƏRAR
Neft hasilatının azaldılması qərarını Azərbaycan da dəstəkləyib
Azərbaycanın iyun ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edilib
Ötən ay Azərbaycanda gündəlik neft hasilatı 790 min barrel olub
Azərbaycanın energetika naziri OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə iştirak edəcək
Azərbaycan “OPEC plus” üzrə hasilatın artırılmasına razılıq verdi
Ölkədə sentyabr ayı üzrə gündəlik neft hasilatı 796 min barrel olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 