Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva ONN media-ya bildirib ki, Cari ilin 17-18 mart tarixlərində Bakıda keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasları keçiriləcək.
İndiyə kimi 14 ölkənin yüksək səviyyədə iştirakı təsdiqlənib. Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclasında OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə yanaşı, OPEC Konfransının prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edəcək. Tədbirdə OPEC üzvlərindən Əlcəzairi energetika naziri Mustafa Qituni, BƏƏ-ni energetika və sənaye naziri Suheyl əl-Mazrui, Kuveyti neft, elektrik və su naziri Xalid Əl-Fadhel, İraqı baş nazirin müavini, neft naziri Tamer əl-Qadban, Nigeriyanı neft ehtiyatları naziri Emmanuel Kaçikvu, Konqonu neft nazirinin müşaviri Jean Baptiste Pouti, Liviyanı isə Milli Neft Korporasiyasının idarə heyətinin sədri Mustafa Sanalla təmsil edəcək. Qeyri-OPEC ölkələrindən isə Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak, Qazaxıstanın energetika naziri Kanat Bozumbayev, Sudanın neft və minerallar naziri Azhari Abdalla, Bəhreynin neft nazirinin müşaviri Naser əl-Sovaidi və Bruneyin energetika və sənaye nazirinin müavini Matsateji Sokiavın iştirakı nəzərdə tutulub.
Ölkə Prezidentinin məqsədyönlü enerji siyasətinə uyğun olaraq neft bazarında balansın qorunması və qiymət sabitliyinə nail olmaq məqsədilə Azərbaycanın OPEC təşəbbüsünə ilk vaxtlardan qoşulması və tənzimlənmə prosesində fəal rolu OPEC Katibliyi tərəfindən də yüksək qiymətləndirilib, OPEC-Azərbaycan əlaqələrinin inkişafını təmin edib. OPEC tədbirlərindən birinin Bakıda keçirilməsi təklifi də bu əməkdaşlıq çərçivəsində məhz Azərbaycan Prezidenti tərəfindən ötən il martın 18-də OPEC Baş katibi Məhəmməd Barkibdonun ölkəmizə səfəri zamanı irəli sürülüb. Bu təklif OPEC+ ölkələri tərəfindən müsbət qarşılanaraq, neft bazarının vəziyyətinə dair toplantıların cari ilin martında eyni tarixdə neft vətənində - Bakıda keçirilməsinə razılıq verilib.



Azərbaycanın energetika naziri OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək
Bu gün “OPEC plus” ölkələri yenidən toplaşır
Azərbaycanın energetika naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb
Azərbaycanın energetika naziri səudiyyəli həmkarı ilə görüşüb
Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında təmsil olunub
Azərbaycanın energetika naziri OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə iştirak edəcək
OPEC bülletenində Azərbaycana xüsusi buraxılış həsr olunub
Azərbaycanın iyun ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edilib
Energetika Nazirliyi neft hasilatı ilə bağlı məlumatları açıqlayıb
Azərbaycanın energetika naziri Vyanada bir sıra görüşlər keçirib
“OPEC plus”un yeni Razılaşmasını Azərbaycan da təsdiqlədi
Gündəlik neft hasilatı ilə bağlı məlumatlar OPEC-ə göndərilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 