Dekabrın 18-də Azərbaycanın Çexiyadakı səfirliyində Gəncə avtomobil zavodu ilə Çexiyanın “Tatra” şirkəti arasında Azərbaycanda bu şirkətə məxsus yük maşınlarının istehsalı barədə əməkdaşlığa dair Memorandum imzalanıb.
ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, memorandumu “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev və “Tatra” şirkətinin idarə heyətinin sədri Petr Rusek imzalayıblar. Əldə edilmiş razılaşmaya əsasən, 2018-ci ildən etibarən Azərbaycanda müxtəlif növ “Tatra” yük maşınlarının istehsalına başlanılacaq.
Memorandumun imzalanması mərasimində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, Azərbaycan-Avropa Ticarət Palatasının rəhbərliyi və mətbuat nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Fərid Şəfiyev “Tatra” şirkətinin Azərbaycanın sənaye sahəsinə daxil olmasını əlamətdar hadisə kimi qiymətləndirib və eyni zamanda, Çexiya şirkətinin Gəncə avtomobil zavoduna göstərdiyi etimadın təqdirəlayiq olduğunu söyləyib. Səfir, həmçinin sözügedən Memorandumun imzalanmasının Azərbaycanın qeyri-neft sektoruna töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.



Azərbaycan kiçik tonnajlı avtomobillər istehsal edəcək
20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edildi
Ölkə başçısı səfiri geri çağırdı
Niyazi Bayramov Belarus səfirini qəbul edib
Gəncədə avtomobil zavodunda istehsal olunan texnikalara baxış keçirilib
Azərbaycan-Türkiyə sənədləri imzalandı (YENİLƏNDİ)
Azərbaycan və Tacikistan arasında yeddi sənəd imzalandı
İlham Əliyev onları təltif etdi - SİYAHI
Azərbaycan-İran avtomobil zavodu bu tarixdən ixraca başlayacaq
Energetika Nazirliyi ilə “Tekfen İnsaat” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
İlham Əliyev səfiri geri çağıraraq - Yeni vəzifə verdi
Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınır
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 