Rusiyanın Dərbənd şəhərində Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib.
ONN media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə DGK-nin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov, Rusiya nümayəndə heyətinə Federal Gömrük Xidmətinin Dağıstan Gömrük İdarəsi rəisinin səlahiyyətlərini icra edən Hacıramazan İslamov rəhbərlik edib.
Görüşdə iki ölkənin dövlət sərhədindən keçən nəqliyyat vasitələrinin və şəxslərin sərhədkeçmə prosesinin tənzimlənməsinə, qarşılıqlı əlaqələrə dair məsələlər müzakirə olunub.
Bundan başqa, görüşdə sərhəddən keçən şəxslər, nəqliyyat vasitələri, mallar və yüklərə dair qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsinin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, mövsümə uyğun olaraq kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi və digər məsələlər müzakirə edilib.
Sonda tərəflər arasında işçi görüşün protokolu imzalanıb.



Azərbaycan və İran gömrüyündə keçid asanlaşacaq
Əli Əsədov bu məsələ il ə bağlı qərar imzaladı
Sərhəddə vəziyyət necədir?
Rusiyadan Azərbaycana gələn avtomobildən 7 min güllə tapıldı
Azərbaycan və İran rəsmiləri görüşdü
Yarım milyon manatlıq telefon gömrükdə saxlanıldı
Rusiya Azərbaycanla "sadələşdirilmiş gömrük dəhlizi" yaradır
Azərbaycan, Türkiyə və Gürcüstan birgə saziş imzaladı
Gömrükçülər “Sədərək”də rüşvət alır? - Rəsmi
Qırmızı körpüdə son durum necədir?
Azərbaycan- Gürcüstan sərhədində nə qədər maşın dayanıb?
Azərbaycanda daha bir şəxs vəzifədən uzaqlaşdırıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 