Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) işəgötürənlərə işsizlikdən sığorta sisteminin tətbiqi barədə xəbərdarlıq edib.
ONN media-nın xəbərinə görə, ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli qanunu 2018-ci il yanvarın 1-dən qüvvəyə minir: “Həmin qanunun 6-cı maddəsində digər vəzifələrlə yanaşı işçilərini işsizlikdən sığorta etdirmək, əməkhaqqı fondundan və sığortaolunanın əməkhaqqından bu qanunla müəyyən edilmiş tariflər əsasında sığorta haqqını sığortaçıya ödəmək, sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunu düzgün aparmaq və bu barədə sığortaçıya hesabat təqdim etmək sığortaedənin vəzifələrinə aid edilibr.
Göstərilənləri nəzərə alaraq aşağıdakıları diqqətinizə çatdırmaq istəyirik:
1. Məcburi dövlət sosial sığortası məqsədləri üçün “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (bundan sonra Fond) uçota alınmış sığortaedənlər işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyata alınmış hesab edilirlər.
2. Sığortaedənin məcburi dövlət sosial sığortası məqsədləri üçün Fond tərəfindən verilmiş uçot nömrəsi (SUN) eyni zamanda onun işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyat nömrəsi hesab edilir.
3. Məcburi dövlət sosial sığortası üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu aparılan sığortaolunanlar (yalnız əmək müqaviləsi ilə işləyənlər) işsizlikdən sığorta üzrə Fondda qeydiyyata alınmış hesab olunurlar.
4. Sığortaedənlər tərəfindən hesablanıb Fonda ödənilən işsizlikdən sığorta haqları barədə məlumatlar sığortaolunanların fərdi şəxsi hesablarında nəzərə alınmır.
5. İşsizlikdən sığorta haqqı, hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və işçinin əməkhaqqının 0,5 faizi miqdarında sığortaedən tərəfindən ödənilir.
6. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə işsizlikdən sığorta haqqının hesablanmasından azad olma müəyyən edilməyib.
7. Hər ay üçün hesablanmış işsizlikdən sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə Fonda ödənilir.
8. Sığortaedənlər hər rüb üçün “İşsizlikdən sığorta üzrə rüblük hesabat”ı (əlavə edilir) həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda Fonda məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla birgə təqdim edirlər. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-si iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır.
9. İşçilərin işsizlikdən sığorta etdirilməməsinə, sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunun düzgün aparılmamasına və bu barədə sığortaçıya hesabatın təqdim edilməməsinə, sığorta haqqının vaxtında köçürülməməsinə görə inzibati qaydada məsuliyyət tədbirləri nəzərdə tutulub”.



Vergilər Nazirliyindən vergi ödəyicilərinə MÜRACİƏT
İşsizliyə görə aylıq sığorta ödənişinin hesablanması QAYDASI DƏYİŞİR
İsşizlər üçün MÜHÜM XƏBƏR
İşsizlikdən Sığorta Fondunun gələn il üçün büdcəsi artırılır
İşsizlikdən sığorta pulu alanların nəzərinə!
Nazirlik sığortaedənlərə xəbərdarlıq edib
Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi QAYDASI
Prezident "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" qanunu imzaladı
Torpaq payına görə vətəndaşların işsizlikdən sığorta ödənişi almaq hüququ olacaq
Bu halda vəzifəli şəxslər cərimə ediləcək
Azərbaycanda yeni qurum yaradıldı
Prezident sosial sığorta ilə bağlı qanunda dəyişikliyi təsdiqlədi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 