Elektron Hökumətin İnkişafı Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən reallaşdırılacaq “Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı”nın təqdimat mərasimi keçirilib. Nazirlikdən ONN media -ya verilən məlumata görə, təqdimat mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova nazirlik tərəfindən aqrar sahədə innovasiyaların tətbiqi üzrə müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb. O bildirib ki, həyata keçirilən tədbirlər sırasında cari ildə ilk olaraq “Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı”nın həyata keçirilməsinə başlanılıb. Yanvarın 5-dən 20-dək proqrama qəbul elan olunub. Şəbnəm Məmmədova aqrar sahədə innovasiya və yeni texnologiyaların tətbiqi üzrə startaplara başqa istiqamətlərdə də dəstəyin göstərilməsinin nəzərdə tutulduğunu qeyd edib. O, bu layihədən sonra “Gələcəyin fermeri” layihəsinin həyata keçiriləcəyini də diqqətə çatdırıb. “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov mərkəz tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən startaplara dəstək mexanizmləri haqqında danışıb. O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilən proqram aqrar startapçıların innovativ ideyalarının reallaşması üçün əlverişli şərait yaradacaq: “Layihə daha çox kənd təsərrüfatı sahəsində öz ideyası və müxtəlif təşəbbüsləri olan əsasən innovativ tərkibli layihələri dəstəkləmək məqsədi daşıyır. Üç aylıq bir proqramdır. Burada əsas məqsəd Kənd Təsərrüfatı Nazirliyində həyata keçirilən innovativ layihələrə startapların dəstəyini əlavə etməkdir. Seçimlər yanvarın 21-də yekunlaşacaq. Proqrama təxminən 30-40 müraciətin olacağı gözlənilir. Onlar arasından isə 5 komanda seçiləcək. Seçilən beş startap investorların qarşısına çıxarılacaq. Xarici investorları da bu işə cəlb etməyi düşünürük”. Tədbir tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri, həmçinin kənd təsərrüfatı sahəsində ideya sahiblərinə digər dəstək və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələrlə davam etdirilib
Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə startaplara dəstək verəcək



Şəki sakinlərinin DİQQƏTİNƏ
Nazirlik 308 vakansiya elan edib - DİQQƏT
Aqrar Xidmətlər Agentliyində yeni TƏYİNAT
George Beers Kənd Təsərrüfatı Nazirliyinə beynəlxalq məsləhətçi təyin edilib
Baş nazirdən yeni qərar
Aqrar Elm və İnnovasiya Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirildi
Ülvi Mehdiyev Səlcuq Bayraqdarla görüşdü
Azərbaycanda yeni yemiş sortları yaradıldı
İşçi axtarılır — 151 vakansiya var
Aqrar Xidmətlər Agentliyinə yeni TƏYİNAT
Nazirdən AÇIQLAMA- “Ərzaq məhsulları 50 faiz ucuzlaşacaq”
Kənd Təsərrüfatı Nazirliyi yeni layihəsini- AMAL-ı təqdim etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 