"Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə evlərin verilməsi prosesi davam etdiriləcək.
Əgər keçən il 626 mənzil verilibsə, bu il ən azı 800 mənzil veriləcək. Hesab edirəm ki, bu, çox düzgün addımdır. Çünki bu ailələr buna layiqdirlər. Biz həmişə onların problemlərini diqqət mərkəzində saxlayırıq".
ONN media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.
Ölkə Prezidenti qeyd edib ki, altı mindən çox ailə artıq dövlət tərəfindən evlərlə təmin edilib:
"Mən bilmirəm və eşitməmişəm ki, hansısa başqa ölkədə belə təcrübə var. Ancaq bizim üçün əsas o deyil, əsas odur və biz hesab edirik ki, bu, düzgündür. Bu vətəndaşlara mənzil hədiyyə etmək hesab edirəm ki, bizim borcumuzdur. Biz bunu edirik və edəcəyik. Bu proses davam edəcək. Bütün şəhid ailələrinin nümayəndələri evlərlə təmin olunacaqlar".
Prezident əlavə edib ki, bu günə qədər siyahıda 10 minə yaxın vərəsə var, siyahılar dəqiqləşdirilir və bu məsələ ilə bağlı bundan sonra da açıqlamalar veriləcək:
"Bildiyiniz kimi, keçən il prezident seçkilərindən dərhal sonra şəhid ailələrinin vərəsələrinə, - o vərəsələrə ki, o yardımı, o müavinəti almayıblar,- mənim Sərəncamımla 11 min manat vəsait nəzərdə tutulur. Artıq vəsaitin verilməsi prosesi başlanmışdır. Bu günə qədər siyahıda 10 minə yaxın vərəsə var. Onların hamısına 11 min manat veriləcəkdir. Eyni zamanda, siyahılara baxılır, dəqiqləşdirilir və bu məsələ ilə bağlı təkliflər də irəli sürülür. Mən artıq bu barədə sözümü demişəm. Burada əlbəttə ki, sosial ədalət prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm ki, biz bu istiqamətdə də istədiyimizə nail olacağıq. Yəni, bu təşəbbüs, bu addım bir məqsədi güdürdü ki, vaxtilə o vəsaiti almayan ailələr o vəsaiti alsınlar. Bunu da biz təmin edirik. Yenə də demək istəyirəm ki, siyahılar dəqiqləşdirilir və bu məsələ ilə bağlı bundan sonra da açıqlamalar veriləcəkdir" (Olaylar.az)



Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verildi
50 şəhid ailəsi və müharibə əlilinə ev verildi
Nazirdən şəhid ailələrinə mənzil verilməsi barədə MÜHÜM AÇIQLAMA
33 şəhid ailəsi və müharibə əlilinə mənzil verildi
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil təqdim edildi
Şəhid ailələrinə və müharibə əlillərinə ev verildi
25 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verildi
Nazirdən şəhid ailələri və müharibə əlillərinə veriləcək evlərlə bağlı AÇIQLAMA
Şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim edildi
Prezidentdən şəhid ailələrinə şad xəbər
Daha 30 mənzili şəhid ailələri və Qarabağ əlillərinə təqdim edildi
Şəhid ailələri və müharibə əlillərinə 250 mənzil verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 