Dövlət Gömrük Komitəsində xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası ilə bağlı görüş təşkil olunub.
ONN media xəbər verir ki, komitədən bildirilib ki, tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavinləri, baş idarə rəisləri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Dünya Bankının, Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri və sahibkarlar iştirak ediblər.Görüşün əsas məqsədi "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsinə dair müraciət formasının doldurulması qaydası barədə biznes subyektlərini bilgiləndirmək olub. Bununla bağlı çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 21 dekabr 2018-ci il tarixli, 427 saylı Fərmanına əsasən "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası" təsdiq edilib. Bu il fevralın 1-dən "Yaşıl dəhliz" buraxılış sistemi tətbiq ediləcək. Diqqətə çatdırılıb ki, bu addımda məqsəd idxal-ixrac əməliyyatlarında qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsini təmin etmək, xarici ticarət iştirakçılarında könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi əsasında gömrük nəzarəti formalarını tətbiq etmək, gömrük nəzarətini daha çevik və şəffaf həyata keçirmək, eləcə də idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsipləri əsasında qurmaqla beynəlxalq ticarəti asanlaşdırmaqdır.



Prezident “Yaşıl dəhliz”lə bağlı fərman imzaladı
Daha bir gömrük generalı işdən çıxarıldı
DGK əməkdaşlarına yeni rütbələr verilib
Prezidentdən DGK ilə bağlı fərman
Bu generala yüksək vəzifə verildi
Səfər Mehdiyev Serbiya səfiri ilə görüşdü
İlham Əliyevdən bu vəzifəyə yeni təyinat
Azərbaycanda daha bir şəxs vəzifədən uzaqlaşdırıldı
"Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar" adlı müsabiqənin qalibləri mükafatlandırıldı
DGK sədri Bəxtiyar Aslanbəyli ilə görüşdü
Azərbaycanda general işdən çıxarıldı
Prezident İsmayıl Hüseynova yüksək vəzifə verdi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 