Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 427 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
ONN media xəbər verir ki, Fərmanla qərara alınır:
- Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 427 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2584) ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
- 5.1.2-ci yarımbəndə “2.1.2 – 2.1.4-cü” sözlərindən sonra “, 4.0.2-ci və 4.0.4-cü” sözləri əlavə edilsin və həmin yarımbənddə “2.1.2-ci və 2.1.3-cü” sözləri “2.1.2-ci, 2.1.3-cü və 4.0.4-cü” sözləri ilə əvəz olunsun;
- 5.5.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“5.5.3. hüquqi şəxs ləğv olunduqda, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə, həmin şəxs məhkəmə tərəfindən ölmüş elan edildikdə, itkin düşmüş və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, yaxud vəfat etdikdə;”;
- 5.5.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.5.7-ci yarımbənd əlavə olunsun:
“5.5.7. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına səbəb olan hallar 12 (on iki) ay ərzində təkrar aşkar edildikdə.”.
Bu Fərman dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.



Gözlənilən gün çatdı- Fevralın 1-dən...
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
Prezident fərman imzaladı
Azərbaycan vətəndaşlarına bu sənəd 2022-ci ildə veriləcək
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
Prezidentdən SOCAR-la bağlı 1 fərman, 1 sərəncam
Prezident Tarif Şurası ilə bağlı fərman imzaladı
Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamədə dəyişikliklər təsdiqləndi
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 