Binəqədi rayonu, Sulutəpə qəsəbəsində Ruslan Allahverdiyev küçəsinin təmiri işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ONN media-ya verilən məlumata görə, başlanğıcını Xocahəsən-Lökbatan avomobil yolunun əvvəlindən götürən küçənin ümumi uzunluğu 3150 metr təşkil edir. Küçənin 1150 m-lik hissəsinin eni 4-7 metr arası, 2 km-lik hissəsində isə 7-8 metr arası dəyişir.
Ruslan Alahverdiyev küçəsi uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğramış, qabarmalar, çökmələr və çatlar əmələ gəlmişdi. Üstəlik küçələr boyu bəzi hissələrdə kanalizasiya sisteminin, piyadalar üçün səkilərin olmaması, mövcudlarının isə dağılması bütün hərəkət iştirakçıları üçün müəyyən problemlərə gətirib çıxarırdı. Bu səbəbdən küçənin əsaslı şəkildə təmir olunması zərurəti yaranmışdı.
Hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, qreyderlə profilə salınaraq hamarlaşdırılır.
Təmir işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, qazılmış və genişləndirilmiş ərazilərə isə yararlı material tökülərək kipləşdirmə işləri aparılır.
Bu işlərin ardınca küçənin zəruri olan hissəsində yeni piyada səkilərinin salınması, mövcudlarının isə bərpası nəzərdə tutulub.
Daha sonra təmir-tikinti işləri çərçivəsində küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək. Asfaltlanma işlərinin ardınca hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yolcızgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.
Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.



Bu küçə yenidən qurulur
Bu küçədə təmir işləri başa çatdı
Bakının bu küçəsi istifadəyə verildi
Bakıda Neapol küçəsi yenidən quruldu
Paytaxdın bu küçəsi simasını tamamilə dəyişdi - Fotolar
Bakıda bu yolun asfaltlanmasına başlanılıb
Xətaidə 2 əsas küçə təmir edilir
Bakıda bu küçənin təmiri yekunlaşdı - Video
Bu küçədə təmir işləri yekunlaşdı
Yasamalda 4 küçə yenidən qurulur
Bakıda bu küçə də əsaslı təmir edilir
Bakıda daha bir küçə təmir edilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 