Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1500 metr uzunluğa malik Oskar Əfəndiyev küçəsinin əsaslı şəkildə təmiri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, aparılan təmir işləri çərçivəsində Oskar Əfəndiyev küçəsi boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib. Bununla yanaşı zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları 4664 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz edilib.
Küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Bu işlər 17 min kv.m-dən çox sahəni əhatə edib.
Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılıb, mümkün ərazilərdə parkinq yerləri təşkil edilib və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub. Yaxın günlərdə piyada zolaqları çəkilməklə küçə müasir görkəmdə tam olaraq vətəndaşların istifadəsinə veriləcək.
Hazırda analoji təmir işləri qəsəbə üzrə uzunluğu 600 metr, eni isə 12 metr təşkil edən Ruhulla Axundov küçəsində də son mərhələdə olmaqla icra edilir. Bundan başqa Əşrəf Yunusov, Ramiz Qəmbərov və Şamil Kamilov küçələrində də təmir işləri aparılır.
Qeyd edək ki, cari ilin “İnvestisiya proqramı”na əsasən Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə ümumi uzunluğu 12.7 km olan küçə və yolların təmiri nəzərdə tutulub.
Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçələr təmir edilib.



Bu küçədə təmir işləri başa çatdı
Bakıda bu küçə də təmir edildi
Bakının bu küçəsi əsaslı təmir edilib
Bakıda Neapol küçəsi yenidən quruldu
Xətaidə 2 əsas küçə təmir edilir
Bakıda daha bir küçə təmir edilir
Bu küçədə təmir işləri yekunlaşdı
Bakıda bu küçə də əsaslı təmir edilir
Bakıda bu yolun asfaltlanmasına başlanılıb
Paytaxdın bu küçəsi simasını tamamilə dəyişdi - Fotolar
Hövsanda bu küçə təmir edildi
Bakının bu küçəsi təmir edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 