Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublika üzrə ifrat təhlükəli hava şəraiti ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərində yaradılmış xüsusi komissiyalar xüsusi iş rejiminə keçib.
ONN media xəbər verir ki, BŞİH-dən verilən məlumata görə, Bakı şəhər İcra Hakimiyyəti və paytaxt rayonlarının İcra Hakimiyyətləri son iki gündə 24 saat ərzində iş başında olublar.
Bütün ərazi ciddi nəzarət altına alınıb. İcra hakimiyyətlərinin strukturuna daxil olan təsərrüfat və xidmət sahələri, o cümlədən Mənzil Təsrrüfat Kommunal Departamenti, Yaşıllaşdırma İdarəsi və digər sahələrin əməkdaşları ciddi qrafik əsasında gündüz adi qaydada, gecə növbətçilik əsasında fəaliyyət göstərib.
Bakı şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərinin cavabdeh şəxslərdən ibarət mobil qrupları şəhər ərazisində güclü qar yağması və yolların buz bağlanması ehtimalı ilə əlaqədar hər hansı çətinliyin yarana biləcəyi əraziləri gecə saat 1, 3 və 5-də gəziblər. Bütün şəhər ərazisində qar yağacaqdısa, çətinliklərin aradan qaldırılması üçün tədbirlərin görülməsinə hazırlıq görülüb. Nəzərə çatdırılıb ki, bununla əlaqədar Mənzil Təsərrüfat Departamentinin sərəncamında olan xüsusi texnika artıq neçə gündür ki, tam hazır vəziyyətə gətirilib. O cümlədən rayon İcra hakimiyyətlərinə məxsus xüsusi texnikalar,şəhərdə fəaliyyət göstərən iri idarə və təsərrüfatların da texnikası bu məsələlərlə əlaqədar hazırlıq vəziyyətində olub. "Azərsu”, "Azərişıq” və digər dövlət qurumları da Bakı şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən qərargahla əlaqəli işləyiblər.
Bakı şəhər İcra Hakimiyyəti nəzərə çatdırıb ki, bütün xidmət sahələri, rayon İcra hakimiyyətlərindəki qruplar operativlik, moibillik nümayiş etdirib. Ötən müddət ərzində Bakı şəhəri üzrə ciddi hadisə, problem yaşanmayıb. Güclü külək 100-ə qədər ağacı aşırıb, qol-budağını sındırıb. Yasamal rayonunda bir dayanacağı aşırıb, həmin dayanacağın da yerində Bakı Nəqliyyat Agentliyi tərəfindən yenisi quraşdırılıb. Bəzi köhnə tikililərdə dam örtüyü, hasarlar uçub.
"Binə” Ticarət Mərkəzində reklam şitinin uçması nəticəsində 1 nəfər yüngül xəsarət alıb. Suraxanı rayonunda isə evin damındakı plasmas çən aşaraq avtomobilin üzərinə düşüb.
Qeyd edək ki, bir neçə gün Suraxanı rayonundakı həmin şəxsə xəbərdarlıq edilib ki, damdakı çən götürülsün. Ancaq həmin şəxs xəbərdarlığı nəzərə almayıb. Küləyin aşırdığı çən elə həmin şəxsin avtomobilinə zərər yetirib.
Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, gün ərzində ortaya çıxan məsələlər dərhal operativ həllini tapacaq. (Bakupost)



BŞİH-nin bir neçə idarəsi ləğv edildi
Bakıda xüsusi texnikalar yoxlanıldı
Meriyadan XƏBƏRDARLIQ- Hazır vəziyyətə gətirildi
Bakıda qəzalı binalarla bağlı mühüm addım - İŞLƏR BAŞLADI
İcra başçılarına ciddi xəbərdarlıq edildi
Bakıda ilk qardan sonra geniş təmizlik aparıldı
Sürücülərə MÜHÜM XƏBƏRDARLIQ
Əzizovdan İcra Hakimiyyətlərinin ləğv ediləcəyi iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycanda icra hakimiyyətləri ilə bağlı VACİB YENİLİK
Gəncə icra başçısına iki yeni müavin təyin edildi
Bakıda sanitar günü keçirildi
Bir sıra məmurlar ciddi cəzalandırıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 