HAZARFEM Dərnəyinin Sədri Nuran ACAR-ın ONN media-ya verdiyi məlumata əsasən xəbər veririk ki, İstanbulda Sovet ordusunun 20 yanvar 1990-cı ildə Bakıda qətlə yetirdiyi və tarixə "Qanlı yanvar" olaraq yazılan 20 yanvar şəhidləri yad edildi.
İstanbul Universitetində Xəzər Folklor Təhsil Araşdırma Mərkəzi HAZARFEM ilə İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Dayanışma Cəmiyyətinin təşkilatçılığı ilə "Qanla yazılan azadlıq: 20 yanvar Bakı Qətliamı" mövzusunda konfrans keçirildi.
İstanbul Universiteti Rabitə Fakültəsinin konfrans salonunda reallaşan tədbirdə Azərbaycan İstanbul Başkonsolosluğu təmsilçiləri, elm adamları, sənətçilər, Yozqat Federasiyası idarəediciləri və tələbələr iştirak etdi.
Hər iki qardaş ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və İstiqlal Marşı və Azərbaycanın Milli Himni səsləndirildi.
Ardından qanlı yanvar hadisələrini anladan qısa video göstərildi.
HAZARFEM Dərnəyi sədri Nuran Acar 20 yanvar Azərbaycan Milli Mübarizəsinin və şəhidlərinin əziz xatirəsinin Türk xalqının həmişə daim qəlbində yaşayacağını qeyd etdi.
İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Dayanışma Cəmiyyətinin qurucu rəhbəri Rəşid Mustafazadə 20 yanvar faciəsinin Azərbaycan üçün kədərli zaman olduğunu, eyni zamanda həqiqi qəhrəmanlıq dastanı olaraq tarixdə yer aldığını qeyd etdi.
Dünya Azərbaycanlıları Koordinasiya Şurası üzvü, Prof.Dr.Aygün Attarın məsələ ilə bağlı çıxışı dinlənildi. A.Attar 20 yanvar faciəsinin səbəbləri və nəticələri haqqında ətraflı məlumat verdi və 20 yanvar hadisələrinin Azərbaycanın müstəqilliyində həqiqi bir dönüş nöqtəsi rolunu oynadığını bildirdi. Tədbir zamanı Prof. Aygün Attarın Erməni vəhşiliyini üzə çıxaran və Ermənilərin qətlə yetirdiyi körpə Zəhraya istinad etdiyi "Bir Modernite Sorunu Olarak Ermenicilik" kitabı tədbir iştirakçılarına təqdim edildi və tədbir iştirakçılarından böyük maraq gördü.
Çıxışı və dediyi tarixi həqiqətlər böyük maraqla dinlənilən Prof.A.Attar, tədbir sonunda konfrans iştirakçılarının suallarını cavablandırdı və hər iki ölkənin ortaq problemi olan Erməni məsələsində xüsusən də gənclərimizin məlumatlı və sayıq olmalı olduğunu diqqətə çatdırdı.



Hollandiyada 20 Yanvar şəhidləri anıldı
Belçikada 20 yanvar şəhidləri anılıb
İstanbul metrosunda “Qanlı Yanvar” adlı fotosərgi təşkil olunub
TÜRKPA 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb
Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsi yad edildi
Türkiyədə 20 Yanvar faciəsinin qurbanları yad edildi
Azərbaycanda bir dəqiqəlik sükut oldu
Mədəniyyət Nazirliyi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdi
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olundu - VİDEO
34 ildə ilk dəfə Xankəndidə 20 Yanvar şəhidlərinin xatirəsi anıldı
Leyla Əliyeva 20 Yanvar faciəsindən yazdı
20 yanvar Şəhidləri Belqradda da anıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 