Yanvarın 19-da Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyi Qanlı Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirib.
Tədbirdə Serbiya ictimaiyyətinin nümayəndələri, ölkə parlamentində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının, Azərbaycan icmasının üzvləri və azərbaycanlı tələbələr, KİV-lərin və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak ediblər.
Əvvəlcə iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olub, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşiliklərdən danışılıb, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı diqqətə çatdırılıb. 1990-cı il yanvarın 20-də Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun və mövcud rejimin silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən bəhs edilib. Konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsindən danışılıb. Faciə zamanı 140-dan artıq dinc sakinin qətlə yetirildiyi, 700-dən çox insanın müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd edilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gedərək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyi vurğulanıb, həmin hadisələrə məhz Ulu Öndərimizin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyi bildirilib.
Sonra mərasim iştirakçıları “Azadlığa aparan yol” sənədli filminə baxıblar.
Tədbirdə Azərbaycan ombudsmanının 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanatı oxunub.
Səfirlik tərəfindən hazırlanmış, 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən press-reliz, eləcə də Azərbaycan ombudsmanının bununla əlaqədar bəyanatı xarici ölkələrin Belqrad şəhərindəki səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri, Serbiyanın dövlət strukturları, qeyri-hökumət təşkilatları və KİV arasında yayılıb.
Azərbaycanın Monteneqro və Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliklərində də Qanlı Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anma mərasimləri keçirilib. (AZƏRTAC)



Türkiyədə 20 Yanvar faciəsinin qurbanları yad edildi
TÜRKPA 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olundu - VİDEO
Murmanskda 20 Yanvar şəhidlərinin xatirəsi anılacaq
Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsi yad edildi
İstanbulda 20 yanvar şəhidləri yad edildi
Dmanisidə Qanlı Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib
Azərbaycanda bir dəqiqəlik sükut oldu
Belçikada 20 yanvar şəhidləri anılıb
Bu gün 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunur
31 mart Soyrımının ildönümü Avropanın bir sıra ölkələrində qeyd edilib
20 Yanvar faciəsindən 31 il ötür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 