ONN media Milli.az-a istinadla xəbər verir ki, dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - Çətin, mürəkkəb gündür. Ciddi problemlər yarana bilər. Maliyyə durumunuzu zəiflətməmək üçün xərclərinizə fikir verin. Puç arzular və illüziyalara qapılmayın.
Qohumlarınızla münaqişə etməyin. Sevdiyiniz insanla münasibətlərə şübhə toxumu səpməyin.
Səfər və ya səyahət uğursuz sərgüzəşt, vaxt itkisinə çevriləcək. Yaşam potensialının səviyyəsi yüksəkdir. Bütün çətinliklərə rəğmən bədbinliyə qapılmayın, ruhdan düşməyin.
Buğa - Çətinliklər yaransa da, onları dəf etmək mümkündür. Sadəcə, ruhdan düşməyin, qətiyyətli olun. Baş verənlərə rəğmən mövqelərinizdən əsla geri çəkilməyin. Yaradıcılıq layihələrinizdən birini gerçəkləşdirmək üçün imkanlar yaranır.
Çoxdan bəri həyata keçirmək istədiyiniz plan üçün əlverişli zamandır. Müttəfiq və həmfikir, habelə yeni dostlar arayın.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə diqqətli və həssas olun.
Əkizlər - Sadə və asan gün deyil. Ciddi problemlər və çətinliklər yarana bilər. Fəqət vaxtında yardım üçün müraciət etsəniz, sədləri aşa biləcəksiniz. İndiyədək dost saymadığınız insandan dəstək alacaqsınız. Yeniliyi öyrənmək, faydalı təcrübəni əxz etmək zamanıdır.
Yeni tanışlarınız sizi çox yüksək dəyərləndirirlər. Belədə tələbat və gözləntilərin səviyyəsi də yüksəkdir. Planlaşdırılmamış səfər və ya səyahət ola bilər.
Gərəkli informasiyanı arayın, suallarınıza cavab axtarın.
Xərçəng - Mühüm işlər üçün əlverişli gündür. Belə işlərin öhdəsindən tez gəlin, ciddi səhvlərə yol verməyin. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. Əvvəllər nadir hallarda yararlandığınız bacarıq və biliklərinizə ehtiyac duyulur. Yaxınlarınız təəccüblənəcəklər. Bilik, məlumat və təcrübə əxz etmək üçün münasib zamandır.
Ailə üzvləri ilə mühüm məsələni müzakirə etmək, gələcəklə bağlı planları razılaşdırmaq olar. Axşam saatlarında aktiv istirahəti seçin.
Maliyyə fonu uğurludur.
Şir - Mənfi təmayüllərin təsiri güclüdür. Mürəkkəb və qarışıq gündür. Önəmli addımlar atmazdan əvvəl inandığınız, sizə yaxın insanlarla məsləhətləşin. Onlar sizi yanlışlıqlardan qoruyarlar. Zəifliklərinizi etiraf etməkdən çəkinməyin. Kimsə sizə gülməyəcək, tənqid etməyəcək.
Sənədlərlə çalışmaq, hesablamalar aparmaq məsləhət deyil. Səhv etmək riski böyükdür.
Alış-verişdə çox pul xərcləməyin. Qeyri-adi əşya alaraq əhvalınızı yaxşılaşdıra bilərsiniz.
Qız - Söhbətlər, müzakirələr və mübahisələr çox vaxt alır. Onların əksəriyyəti boş, mənasızdır. Vaxtınızı effektiv işlərə sərf edin. Məsləhətiniz tələb olmayan yerdə danışmayın. Ailə üzvlərinizdən biri ilə münasibətlərdə problem yaranacaq.
Əks cins mənsubu ilə təmaslar gərgindir. Bu günədək sizi dəstəkləyən insan indi sizə qarşıdır. Başladığınız işləri çətinliklə də olsa, bitirin. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Az sonra sürətli irəliləyiş imkanı yaranacaq.
Tərəzi - Enerji potensialının səviyyəsi yüksəkdir. İstəsəniz, ən çətin problemi də həll edə bilərsiniz. Yardım üçün dostlar və ya qohumlara müraciət edə bilərsiniz. Onlar sizi cavabsız qoymayacaqlar. Yaxşı gəlir istisna deyil. Pulları xərcləməyə tələsməyin: məbləğ az sonra karınıza gələcək.
İdman və fiziki iş üçün əlverişli gündür. İşlər çox olsa da, yorğunluq hiss etməyəcəksiniz. Yaradıcılıq potensialı səviyyəsi günün ikinci yarısında daha yüksəkdir. Yeni ideyanı reallaşdırmağa tələsin.
Əqrəb - Birmənalı olmayan gündür. Bir tərəfdən qarşınızda maraqlı imkanlar yaranır. Digər tərəfdən inandığınız və etibar etdiyiniz insanlar problemlər yaradırlar. Bədxahların intriqasının qarşısını alın, onların məkrli planını faş edin. Bütün bunlar əhvalınızı korlaya bilər. Düşünməyin ki, əsl dostunuz qalmayıb.
Maliyyə baxımından əlverişli olmayan, ciddi itkilər riskinin yaşandığı gündür. Alış-verişdə bədxərclik etməyin.
Oxatan - Uğur və irəliləyişin çətin olduğu gündür. Ehtiyatlı olun, xırdalıqlar və təfərrüatlara diqqət yetirin. Belə olarsa, itkilərə yol verməyəcəksiniz. Kiçik ailə problemləri və məişət qayğıları əhvalınızı korlamasın. Ən adi problem yaxınlarınızla münaqişə üçün səbəbə çevrilməməlidir.
Tərif və xoş sözlər gözləyirsiniz. Amma eşitdiyiniz tənqiddir.
Sevdiyiniz insanla söhbətdə həssas olun. Münasibətlərə sərinlik gətirə biləcək addım atmayın. Maliyyə baxımından əlverişli gün deyil. Anlaşma, sövdələşmə, alış-verişi təxirə salın.
Oğlaq - Mühüm işlər üçün əlverişsiz gündür. Adi vaxtlarla müqayisədə daha çox səhvə yol verirsiniz. Ciddi yanaşmalı olduğunuz işlərə yetərincə diqqət yetirin. Verdiyiniz vədləri və öhdəliklərinizi unutmayın. Yaxınlarınızı naqolay durumda qoymayın. Qohumlar və dostlarla fikir ayrılıqları ola bilər.
Maliyyə fonu uğursuzdur. Planlaşdırılmış alış-verişdən imtina etmək məcburiyyəti yaranır.
Günün ikinci yarısında uzaqda yaşayan qohum və ya tanışdan xoş xəbər alacaqsınız.
Axşam saatlarında normal istirahət edin.
Dolça - Qarışıq, mürəkkəb gündür. Çətin seçim qarşısında qalacaqsınız. İnformasiya minimum səviyyədə olduğundan ciddi səhv etmək riski artır. Şəraitin əlverişsiz olduğuna görə planlarda qəfil dəyişikliklər istisna deyil. Yaxşı tanımadığınız insanlarla şəxsi işlərinizi müzakirə etməyin, planlarınızı bölüşməyin.
Axşam saatlarını evdə, yaxınlarınızla keçirin. Əhvalınız əhəmiyyətli dərəcədə rasiondan asılıdır. Düzgün qidalanın.
Balıqlar - Önəmli qələbələrin əldə edilə biləcəyi münasib gündür. Yaranmış şəraitdən effektiv istifadə edin. İntuisiyanıza güvənin. Məntiq və deduksiyanın zəif olduğu məqamlarda o, dadınıza çata bilər.
Perspektivli tanışlıq, maraqlı insanlarla görüş ola bilər.
Bir zamanlar sizə dəstək olmuş insana işlə və ya məsləhətlə yardım etmək imkanı var. Bu şansı əldən verməyin. Alış-verişdə bədxərclik etməyin. Planlaşdırılmamış şəkildə pul xərcləməyin. Əks təqdirdə maddi durumunuz kəskin şəkildə pisləşə bilər.



Günün qoroskopu: Son vaxtlar sizin üçün xüsusi əhəmiyyət kəsb etmiş problemin həllində qətiyyətli olun
Günün qoroskopu: bütün diqqətinizi və vaxtınızı işə sərf etməyin
Günün qoroskopu: Dəyər verdiyiniz insanların qayğısına qalın
Günün qoroskopu: Maliyyə durumunuzu yaxşılaşdırmağa çalışın
Günün qoroskopu: Gəlirlər istisna deyil
Günün qoroskopu: Sükan arxasında çox vaxt keçirməyin
Günün qoroskopu: Dostla və tanışlarla mübahisə etməyin
Günün qoroskopu: Bu məsələlərdə səmimi və həssas olun
Günün qoroskopu: Başqalarının faydalı təcrübəsindən yararlanın
Günün qoroskopu: sənədləşdirmədə iştirak edin
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 