Birləşmiş Ştatların Virciniya Universitetinin alimlərinin qənaətinə görə, smartfondan çox istifadə psixi pozuntu əlaməti ola bilər. İnsanın "ağıllı telefon”dan həddindən artıq istifadə etməsi onun psixikasında qeyri-sabitliyin göstəricisi sayılır. Bu kontekstdə diqqət və hiperaktivliyin yetməzliyi sindromu önə çıxır.
ONN media xəbər verir ki, tədqiqatçılar smartfon istifadəçisi olan gənclərin üç qrupunun üzərində eksperiment aparıblar. Alimlər onları telefonlarını vibrasiya, səssiz və tam səsli rejimlərdə istifadə edənlərə bölüblər. Bir neçə həftədən sonra məlum olub ki, tez-tez telefonu ilə məşğul olanlarda diqqət və hiperaktivlik yetməzliyi özünü daha çox büruzə verir.
Daha bir eksperiment Vankuverdəki elm muzeyində uşaq və valideynlərin iştirakı ilə keçirilib. Onların bir hissəsi alimlərin xahişi ilə ekskursiya zamanı telefonlardan tez-tez, digərləri isə az istifadə etməli olublar. Nəticədə smartfondan çox istifadə edənlər ekskursiyadan sonra bəyan ediblər ki, onlar üçün muzeydə keçirdikləri vaxt yaddaqalan olmayıb.
Alimlər hesab edirlər ki, smartfonun insanları birləşdirmək üzrə əsas funksiyası itmək üzrədir. İndi mobil cihaz sosial təcridolunmaya və psixi pozuntuların inkişafına səbəb olur. "İnsanlar informasiya üçün smartfona nə qədər çox müraciət edirsə, tanış olmayan adamlara, qonşularına, digər dinlər və millətlərin nümayəndələrinə bir o qədər az etibar edirlər”,-deyə alimlər vurğulayır.(xezerxeber)



Hərbçilərə smartfondan istifadə qadağan edilə bilər
Smartfondan istifadə zamanı nəyə diqqət etmək lazımdır?
Smartfonların daha bir təhlükəsi üzə çıxdı
Qocalmanı hansı faktor sürətləndirir?
Çiyələyin bu faydasından xəbəriniz var idimi?
Gündə 2 saat planşetə baxan uşaqlarda...
Mövsimi depresiyadan necə qurtulmaq olar?
Toyuqdan yemək hazırlayırsınızsa, bunları bilməlisiniz
Bunlardan istifadə edərək smartfonlarınızın enerjisinə qənaət edin
Psixi xəstəliklərdən qoruyan məhsullar
Əhvalınız pisdirsə, bunu edin...
Daha iki hərbiçi ordudan uzaqlaşdırıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 