Dövlət qurumları tərəfindən səlahiyyətlərinin icrası zamanı göstərilən dövlət xidmətlərinin elektron formada təşkili Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəyi (elektron xidmətlərin təşkilinin texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə) nəzərə alınmaqla həyata keçirilməlidir.
ONN media BakuPost-a istinadla xəbər verir ki, bu, Dövlət Agentliyinin Kollegiyasının qərarı ilə təsdiqlənən və yanvarın 25-də qüvvəyə minən "Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən göstərilən elektron xidmətlərin qeydiyyatı qaydalarında əksini tapıb.
Elektron xidmətlər dövlət qurumları tərəfindən müsbət rəy alındıqdan və ya rəydə qeyd edilən təkliflər əsasında təkmilləşdirmələr aparıldıqdan, qeydiyyata alındıqdan və elektron xidmətlər reyestrinə daxil edildikdən, habelə Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya olunduqdan sonra göstərilə bilər.
Dövlət qurumları tərəfindən elektron xidmətlərin təşkili və göstərilməsi müvafiq normativ hüquqi aktlara və Elektron Reyestrdə hər bir xidmət üzrə müəyyən edilmiş reqlamentə uyğun olaraq həyata keçiriləcək. Reqlamentləri Elektron Reyestr vasitəsilə müəyyən olunmayan elektron xidmətlərin göstərilməsinə yol verilmir. Elektron xidmətlərin göstərilməsi üçün identikləşdirmə tələb olunur. İdentikləşdirmə elektron imza və ya müvafiq normativ hüquqi aktlar ilə müəyyən edilmiş digər elektron eyniləşdirmə vasitələri əsasında aparılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin ""Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 12 sentyabr 2018-ci il tarixli fərmanına əsasən Dövlət Agentliyi mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən elektron xidmətlərin təşkili və göstərilməsi üzrə tələbləri və belə elektron xidmətlərin qeydiyyatı qaydalarını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etməli idi.



Ölkə başçısından vacib FƏRMAN
Əli Əsədov Qarabağla bağlı qərar imzaladı
İlham Əliyevdən VACİB FƏRMAN
Prezident ASAN Xidmətlə bağlı fərman imzaladı
Azərbaycanda təhsillə bağlı QƏRAR VERİLDİ
Bu qurum "Asan Xidmət" dən alındı
“ASAN xidmət”ə yeni səlahiyyət verildi
Bu gündən tədrisin distant təşkilinə başlanıldı
İlham Əliyev FƏRMAN İMZALADI
Gəncə sakinlərinə ŞAD XƏBƏR
Prezident xidməti maşınlarla bağlı fərman verdi
İlham Əliyev sərəncam imzaladı
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 