Ölkə mediasında ciddi dəyişikliklərlə nəticələnəcək islahatlara başlanılıb.
ONN media Strateq.az-a istinadən xəbər verir ki, hazırda KİVDF-də fövqəladə iclas keçirilir. Toplantıda bu qurumun xətti ilə indiyədək dövlət tərəfindən maliyyələşdirilən qəzetlərin xeyli hissəsinə maliyyə yardımı ayrılmasının dayandırılmasına qərar veriləcək.
Məlumata görə, KİVDF-nin bu qərarının elanından sonra təxminən 10 qəzetin maliyyələşdirilməsi nəzərdə tutulur. Digərlərinin çap formasında fəaliyyətini dayandıraraq, elektron nəşrə keçmələri tövsiyə olunacaq.
Maliyyə yardımı dayandırılacaq qəzetlər aşağıdakılardır: "Şərq”, "Ədalət”, "Unikal”, Palitra”, "Paralel”, "Azad Azərbaycan”, "Həftəiçi”, "Bizim Yol”, "Olaylar”, "Üç Nöqtə”, "Oxu Məni”, "Hürriyyət”, "Reytinq”, "Hərbi And”, "Türküstan”, "İqtisadiyyat” və "Mövqe” qəzetləri.
Maliyyələşdirilməsi davam etdiriləcək qəzetlər siyahısında isə "Səs”, "Yeni Azərbaycan”, "Yeni Müsavat”, "İki Sahil”, "Kaspi”, "Kaspiy”, "525-ci qəzet”, "Bakı Xəbər” və "Novoye Vremya”nın adları çəkilir.
Xatırladaq ki, KİVDF sonuncu dəfə 32 qəzetə 28 dekabr 2018-ci il tarixdə 3 ay müddətinə maliyyə yardımı ayırıb. Ötən müddətdə bu nəşrlərdən "Eskspress” qəzeti çap fəaliyyətini dayandırıb.



MİA 19 qəzetə pul ayırdı - SİYAHI
Azərbaycanda daha üç qəzet fəaliyyətini dayandırdı
KİVDF bu qəzetlərə maliyyə yardımı ayırdı – SİYAHI
MEDİA müsabiqə elan etdi: Qəzetlərə maliyyə yardımı üçün
Gələn aydan aparıcı qəzetlərdə nə yenilik olacaq?
KİVDF 19 qəzetə maliyyə ayırdı - SİYAHI
Vüqar Səfərli “Hüriyyət” qəzetinin ittihamlarına cavab verdi
"Türküstan" qəzetinin nəşrə başlamasından 14 il ötür
Hər bir ailəyə 100 manat VERİLƏCƏK - İlham Əliyevdən Azərbaycan əhalisinə YENİ İL HƏDİYYƏSİ
KİVDF qəzetlərlə bağlı qərar verdi
Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI
Jurnalistlərin VII qurultayının tarixi dəqiqləşdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 