Bu gün "Türküstan" qəzetinin nəşrə başlamasından 14 il ötür. "Türküstan"qəzetinin ilk sayı 2006-ci ilin 11 iyununda işıq üzü görüb. O vaxtdan davamlı olaraq həftədə bir dəfə “Adımız məfkurəmizdir” şüarı ilə köşklərə çıxır.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirib ki, qəzet milli mətbuat ənənələrinin, maarifçilik missiyasının davam etdirilməsini, milli maraqların müdafiəsini hər zaman fəaliyyətində əsas prinsiplər olaraq qəbul edib:
“Həftədə 1 dəfə rəngli, 24 səhifədə nəşr olunan “Türküstan” kommersiya məqsədli qəzet deyil, daha çox milli və hərbi vətənpərvərlik, milli ideologiyanın təbliği, dünya azərbaycanlılarının həmrəyliyi, Türk ölkələri arasında əməkdaşlıq və inteqrasiya, Azərbaycan dövlətinin bu sahədəki təşəbbüskar rolunun təbliği istiqamətində fəaliyyət göstərir. “Türküstan” qəzeti ölkəmizdə milli dəyərlərin, Azərbaycan və ümumtürk tarixi və mədəniyyətinin təbliği ilə məşğul olan yeganə ixtisaslaşmış çap media orqanıdır”.
“Türküstan” qəzeti milli, ideoloji fəaliyyətinə görə çoxsaylı yerli və beynəlxalq təltif və mükafatlara layiq görülüb. Bu sırada, Türkiyədə mədəniyyət nazirlərinin toplantısında TÜRKSOY-un xüsusi media ödülü (2012), Qazaxıstanda Beynəlxalq Türk Akademiyasının xüsusi media mükafatı (2018) və digərlərini göstərmək olar.
“Türküstan” qəzeti 2013-cü ildən indiyədək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə nəşrini davam etdirir.
Baş redaktor bildirir ki, qəzet kommersiya məqsədli olmadığı üçün KİVDF-dən alınan maliyyə dəstəyi, həmçinin satışından əldə edilən maliyyə vəsaiti “Türküstan”ın normal fəaliyyəti üçün yetərli deyil: “Türküstan” özünəməxsus oxucu çevrəsi ola bir qəzetdir. Ətrafında milli düşüncəli aydınları, gəncləri birləşdirən qəzetimiz, öz fəaliyyətində maarifləndirmə işini başlıca funksiyası hesab edir. 145 yaşlı Azərbaycan mətbuatının təməl prinsipi də elə budur. Ona görə də, ümid edirik ki, “Türküstan” qəzetinin bu spesifik fəaliyyəti, media ilə bağlı müvafiq dövlət qurumları və ictimai institutlar tərəfindən nəzərə alınacaq. Əgər KİVDF tərəfindən növbəti dövrdə maliyyə dəstəyi artırılarsa, “Türküstan” qəzetinin dövriliyini həftədə 2-3 dəfəyə yüksəltməyi düşünürük”.



KİVDF 19 qəzetə maliyyə ayırdı - SİYAHI
Azərbaycan Milli Mətbuatının 143 yaşı olur
Çətin və şərəfli yol keçən Azərbaycan mətbuatının 149 yaşı tamam olur
MİA 19 qəzetə pul ayırdı - SİYAHI
Sahibə Qafarova Qazaxıstana getdi
“Kaspi”nin baş redaktoru işdən çıxdı
Azərbaycanda tanınmış qəzet fəaliyyətini dayandırır
Mətbuat nümayəndələri Fəxri xiyabanda
Qazaxıstanda «TÜRKİSTAN MEDİA» Beynəlxalq mərkəzi açılıb
Cənubi Qazaxıstanda böyük dəyişiklik
Teymur Əhmədov dəfn olundu - FOTO
Azərbaycanda bu qəzetlər bağlanır - SİYAHI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 