“Azərenerji” ASC müxtəlif vəzifələr üzrə kadr ehtiyyatının yaradılmasını qarşıya məqsəd qoyaraq gənc və peşəkar kadrların işə qəbulunu elan edir. ONN media xəbər verir ki, bu barədə qurumun mətbuat mərkəzinin rəhbəri Teymur Abdullayev məlumat verib.
T.Abdullayev vakant vəzifələri də açıqlayıb:
“Modul elektrik stansiyalarında daxili yanma mühərriklərinin təmiri üzrə mütəxəssis, mühərrik və generator avadanlıqlarına xidmət edən mütəxəssis, mühərriklərə texniki xidmət edən mütəxəssis, elektrik maşın, aparat və cihazların sazlayıcısı, elektrik stansiyalarının ölçü cihazlarına və avtomatikasına xidmət edən mütəxəssis, buxar və turbin qurğuları üzrə mühəndis, aqreqatların (buxar-generator turbinlərinin) blok idarəetmə sisteminin maşinisti, qazan avadanlıqları üzrə mühəndis, rele mühafizəsi və avtomatika üzrə mühəndis, nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis, elektrik mühəndisi, izolyasiya və ifrat gərginlikdən mühafizə üzrə mühəndis, quraşdırma və sazlama üzrə usta, çilingər, tornaçı vəzifələrinə qəbul davam edir”.
Bu işlərə qəbul ediləcək kadrların ali, texniki, orta-ixtisas təhsili və ya peşə ixtisaslı olmaları tələb olunur. Eyni zamanda iddiaçının vəzifəyə görə 5 ildən 10 ilədək iş təcrübəsinin olması və iş prosesini bilməsi də başlıca tələblər sırasındadır. Əmək haqqı vəzifələrə görə 500-800 manat arasında dəyişir.
Müraciət edənlər fotoşəkil, şəxsi vərəqə (CV) forması, şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənədin surətlərini bütün iş günləri "Azərenerji"nin Səbail rayonu, Əbdulkərim Əlizadə küçəsi, 10 ünvanında yerləşən kadrlar şöbəsinə təqdim etməlidirlər. Yaxud da [email protected] ünvanına şəxsi vərəqə formasını göndərə və (+99412) 598-55-09 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Müraciət edən namizədlərin bilik səviyyəsi "Azərenerji" ASC üzrə yaradılmış Mərkəzi Müsahibə Komissiyasıı tərəfindən yoxlanılacaq.



Bakıda işıqlar niyə söndü? - "Azərenerji"dən AÇIQLAMA
Azərbaycanda elektrik enerjisi istehsalı və istehlakı həcmi açıqlandı
“Azərenerji”: Vətəndaşlara "evdə qal" deyiriksə, elektrik enerjisi ilə təmin etməliyik
Metroda işıqlar söndü- Nə baş verir?
Qarabağda bu tədbirlər davam etdirilir - RƏSMİ
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! İŞ YERLƏRİ - SİYAHI
Nazirlik 308 vakansiya elan edib - DİQQƏT
Bu müəllimlər imtahana çəkiləcək
“Azərenerji” yay rejiminə keçir
Sabiq rəisə yeni vəzifə verildi
Kərim Vəliyev mühəndis-istehkam qoşunlarının hazırlığını yoxlayıb
Elman Rüstəmovun yerinə seçilən şəxs kimdir? - DOSYE
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 