“Elektrik stansiyalarında qüsurlu avadanlıqların dəyişdirilməsi, temperaturun yüksəlməsi ilə bağlı avadanlıqlarda yarana biləcək çatışmazlıqların vaxtında aradan qaldırılması, yay rejimi üçün maksimum güc rejiminin hazırlanması qarşıya xüsusi tapşırıq olaraq qoyulub”. ONN media xəbər verir ki, Bunu “Azərenerji” ASC-nin Mətbuat Mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.
T.Abdullayevin sözlərinə görə, sözçüsü olduğu qurum elektrik enerjisinə tələbatın artması ilə əlaqədar yay rejiminə keçib: “Yay aylarında turizm, o cümlədən əyləncə obyektlərinin intensiv fəaliyyəti, su, dondurma və başqa aparatların, iritutumlu soyuducuların, mənzillərdə və obyektlərdə kondisionerlərin fasiləsiz fəaliyyəti, həmçinin başqa amillər enerjisistemin bütün fəsillərlə müqayisədə ifrat dərəcədə yüklənməsinə səbəb olur. Ötən ilin iyul ayında enerjisistemdə baş verən qəzanın təkrarlanma ehtimalının aradan qaldırılması üçün “Azərenerji”nin rəhbərliyi indidən qabaqlayıcı və kompleks tədbirlər görür. Belə ki, elektrik stansiyalarında qüsurlu avadanlıqların dəyişdirilməsi, temperaturun yüksəlməsi ilə bağlı avadanlıqlarda yarana biləcək çatışmazlıqların vaxtında aradan qaldırılması, yay rejimi üçün maksimum güc rejiminin hazırlanması qarşıya xüsusi tapşırıq olaraq qoyulub. Eyni zamanda yüksəkgərginlikli ötürmə xətlərində, o cümlədən yarımstansiyalarda təmir və yoxlama işlərinin aparılması, hava xətlərinin mühafizə zonasında baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması üçün xətlərin qoruq zonalarında xüsusi tədbirlərin həyata keçirilməsinə göstəriş verilib. Enerjisistemin idarəolunması işini qüsursuz həyata keçirmək üçün xarici mütəxəssislərin dəvət edilməsi, baş verə biləcək hər hansı qəza hallarında əks-qəza və sistem avtomatikasının işinə “Azərişıq” ASC ilə birgə baxılmasının təmin edilməsi də qarşıya məqsəd qoyulub”. Xatırladaq ki, 2018-ci il iyulun 2-də “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza nəticəsində ölkə üzrə elektrik enerjisinin verilişində fasilə yaranmışdı. “Report”un hökumətdəki mənbələrə istinadən verdiyi məlumata görə, baş verən qəza nəticəsində ölkə iqtisadiyyatına 500 mln. manata yaxın ziyan dəyib.“Azərenerji” yay rejiminə keçir



“Azərenerji” gücləndirilmiş iş rejimində çalışacaq
“Azərenerji”: Vətəndaşlara "evdə qal" deyiriksə, elektrik enerjisi ilə təmin etməliyik
"Azərenerji"yə yeni TƏYİNAT
Bakıda işıqlar niyə söndü? - "Azərenerji"dən AÇIQLAMA
“Azərenerji” kütləvi ixtisarlarla bağlı AÇIQLAMA
"Azərenerji" elektrik enerjisinin təminatının tam bərpası ilə bağlı açıqlama verdi
Bu bölgələrdə işıq probleminin aradan qaldırılması işlərinə başlanılıb
“Azərenerji”işçi axtarır
Energetika naziri Pərviz Şahbazov “Azərbaycan” İES-ə baş çəkib
“Azərenerji” ASC kadr məsələsi ilə bağlı daha bir yenilik etdi
SON DƏQİQƏ: Hal-hazırda paytaxtdakı vəziyyət AÇIQLANDI
FHN gücləndirilmiş iş rejiminə keçdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 