Ağsu rayonunda zəlzələdən ümumilikdə 48 evdə çatlar yaranıb. Bu barədə Trend-ə Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ənvər Seyidəliyev deyib. Rayonun zəlzələdən zərər çəkən yaşayış məntəqələrində olan Ə.Seyidəliyev bildirib ki, hadisə nəticəsində ən çox Kalva və Dilman kəndlərindəki evlərə ziyan dəyib: "Bu kəndlərdə ümumilikdə 45 evdə çatlar var. Bəzilərində köhnə çatlar olub və zəlzələ zamanı böyüyüb. Hadisə nəticəsində evlər o qədər təhlükəli vəziyyətə düşməsə də, müəyyən yerlərdə iri çatlar var. Hazırda ərazidə sakitlikdir, komissiya araşdırmalarını davam etdirir. Ailələrin köçürülməsi səviyyədə təhlükə yoxdur. Sadəcə çatlar olan evlərin təmirə ehtiyacı var. Araşdırmalar başa çatandan sonra bu barədə müvafiq qərar qəbul ediləcək". İcra Hakimiyyəti başçısı bildirib ki, ilkin araşdırmalar zamanı Kalva və Dilman kəndlərində 45, Daşdəmirbəyli kəndində 2, Qaraqaşlı kəndində isə 1 evdə çatlar yaranıb. Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ baş verib. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.
İcra başçısı: Ağsuda zəlzələdən 48 evdə çatlar yaranıb - FOTO



Zəlzələdən sonra yollar bu vəziyyətə düşdü
Şirvanda zəlzələ zamanı evlərdə çatlar yaranıb
Zəlzələ anı belə qeydə alındı- VİDEO
Şamaxı zəlzələsində evinə zərər dəyən ailə ağır durumda: Heç baxmadılar da... - VİDEO
Lerikdə zəlzələnin ziyan vurduğu kəndlərin adı açıqlandı
5 məktəbdə çatlar əmələ gəlib- Nazirlikdən açıqlama
İcra Hakimiyyəti: "Şamaxıda zəlzələdən dağılan evlərin sayı..."
Nazir Kəmaləddin Heydərov zəlzələ bölgəsində evlərə baxış keçirir
Bayılda sürüşmə zonasında işıq, qaz və su xətlərinin sökülməsinə başlanıldı
Badamdarda vəziyyət necədir?- AÇIQLAMA
Kərimov sabiq nazirin dayısını niyə işdən çıxardı?
Bakının bu ərazisindən sakinlər köçürüləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 