"Cənub bölgəsində dünən baş verən yeraltı təkanlar nəticəsində evlərə və bir sıra obyektlərə ciddi ziyan dəyib".
ONN media xəbər verir ki, bu barədə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.
Onun sözlərinə görə, Lerik rayon ərazisində 40-a yaxın yaşayış evində müxtəlif ölçüdə çatlar əmələ gəlib: "Hazırda yaranan çatlar o qədər qorxulu fəsadlara səbəb ola bilməz. Rayon Fövqəladə hallar komissiyası yerlərdəki icra nümayəndəlikləri ilə birlikdə ziyan dəymiş evləri siyahıya alır. Siyahıda artım müşahidə edilir. Düşünürük ki, günün sonuna qədər çat yaranan evlərlə bağlı müraciətlər daxil olacaq".
H.Məlikov hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verildiyini deyib.
Yeraltı təkanlar Lənkəranda da hiss olunub və sakinləri təşvişə salıb. Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Möhübbət Babayevin verdiyi açıqlamaya görə, hadisə nəticəsində ziyan dəyən evlərdə rayon Fövqəladə hallar komissiyası və yerli bələdiyyə rəhbərləri tərəfindən araşdırmalara aparılır:
"Zəlzələ çox hiss olunduğu üçün evlərdə ciddi çatlar yaranıb. Obyektlərdə məhsulların istifadəsiz hala düşməsi sahiblərinə maddi ziyan vurub. Müxtəlif kəndlərdən dəymiş ziyanlarla bağlı müraciətlər daxil olmaqdadır. Bütün müraciətlər komissiya tərəfindən obyektiv şəkildə araşdırılır. Araşdırmalar başa çatandan sonra zəlzələdən ziyan çəkən evlərin sayı barədə dəqiq məlumat vermək mümknü olacaq".
Xatırladaq ki, dünən Lerik və Lənkıran bölgəsində ardarda bir neçə yeraltı təkan baş verib. 15 km dərinlikdə baş verən zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
[embed]https://www.youtube.com/watch?v=iaM-GhLY-OY&feature=youtu.be[/embed]



Lerikdə zəlzələnin ziyan vurduğu kəndlərin adı açıqlandı
Nazir Kəmaləddin Heydərov zəlzələ bölgəsində evlərə baxış keçirir
İcra başçısı: Ağsuda zəlzələdən 48 evdə çatlar yaranıb - FOTO
İcra Hakimiyyəti: "Şamaxıda zəlzələdən dağılan evlərin sayı..."
Şamaxıda zəlzələ nəticəsində dağılan evlərlə bağlı XƏBƏR
Şamaxı zəlzələsində evinə zərər dəyən ailə ağır durumda: Heç baxmadılar da... - VİDEO
Ağsuda 24 ev söküldü
Prezident bu nazirə daha bir vəzifə verdi
Ağsuda zəlzələdə dağılan 66 evin tikintisinə başlanıb
Bu şəxslər üçün 44 mənzilli bina inşa edilir
Goranboy rayon icra hakimiyyəti başçısının müavini işdən çıxarılıb
Əli Əsədov qərar imzaladı: Yeni komissiya yaradıldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 