Artıq bir müddətdir ki, Bakıda koksaki adlı virus yayılmağa başlayıb.
ONN media xəbər verir ki, daha çox uşaqlarda rast gəlinən bu xəstəlik əvvəlcə qızdırma, halsızlıqla başlayır. Sonra isə özünü səpkilərlə biruzə verir. Səpkilər əsasən ovucda, ağız ətrafında, dizdə və bədənin büküş hissələrində yaranır.
Səpkilər formasına görə suçiçəyinə bənzəsə də, həkimlər bu virusu fərqləndirirlər. Virus keçicidir, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə bildirib ki, virusla bağlı xəstəxanalara müraciət daxil olmayıb:
“Hələ ki, koksaki virusuna bizdə rast gəlinməyib. İndiyə kimi bu virusla bağlı müraciət edən də olmayıb”.
Rəsmi olaraq təkzib edilsə də, həkimlər xəbərdarlıq edir ki, virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Xəstəlik adətən öz-özünə, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər.
Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir. Koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər. Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Xəstə halsızdırsa dincəlməlidir. Ən mühüm məsələ isə virusa yoluxan şəxsin çoxlu miqdarda maye qəbul etməsidir.



VALİDEYNLƏRİN DİQQƏTİNƏ- İki virus yayılıb
DİQQƏT- Uşaqlar arasında yeni xəstəlik yayılır
DİQQƏT- Uşaqlar arasında virus yayıldı
Yeni virusun yayılması ilə bağlı RƏSMİ MƏLUMAT
Azərbaycanda "Meymun çiçəyi" virusu var? - RƏSMİ AÇIQLAMA
Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA
Uşaqlar arasında yeni virus yayılıb - VALİDEYNLƏRƏ VACİB MƏSLƏHƏTLƏR
Valideynlərin NƏZƏRİNƏ- Yeni virus yayılır
Yeni virusla bağlı əhaliyə XƏBƏRDARLIQ
Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus NƏDİR?
Koronavirus davam edərkən daha bir dəhşətli xəstəlik ortaya ÇIXDI
Azərbaycanda meymun çiçəyi xəstəliyi qeydə alınıb? - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 