Səbail rayonunun 20-ci sahə yaşayış massivində içməli su və kanalizasiya layihələri icra olunur. “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən ONN media -ya verilən məlumata görə, 20-ci sahə yaşayış massivində icra olunan layihə Salyan şossesi, Gülbala Əliyev, Arif İsmayılov, Çernyaxovski və Yüzbəy Mürsəlov küçələrini əhatə edir. Bu ilin əvvəlində həyata keçirilmiş layihənin davamı olaraq hazırda ərazidə yeni su və kanalizasiya infrastrukturları yaradılır. İndiyədək bu ərazidə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparılıb. Burada yaşayan əhali günaşırı olmaqla fasiləli rejimdə içməli su ilə təmin edilirdi. Mövcud su xətləri istismara yarasız vəziyyətdə olduğundan tez-tez qəzalar baş verirdi və suyun təzyiqini artırmaq mümkün olmurdu. Bütün bunlar nəzərə alınaraq həmin küçələrin içməli su təchizatı sistemlərinin yenidən qurulmasına qərar verilib. Layihə çərçivəsində adıçəkilən küçələrdə müxtəlif diametrli borularla 6,5 km uzunluğunda su xətləri inşa edilir. Yeni şəbəkədən hər bir evə birləşmə verilir. Bu ərazidə tullantı sularının axıdılmasında da problemlər yaranırdı. İndiyədək tullantı suları əhali tərəfindən pərakəndə şəkildə yaradılmş xətlər, bəzi hallarda isə açıq kanallarla axıdılırdı. Bu problemin aradan qaldırılması məqsədilə ümumi uzunluğu 5,6 km olan kanalizasiya xətləri inşa edilir. Ərazidə yaranan tullantı suları Salyan şossesində yeni tikilən daşıyıcı xəttə ötürülərək yaxınlıqdan keçən 1000 mm diametrli Bayıl-Bibiheybət kollektoruna yönləndiriləcək. Ümumilikdə tikinti-quraşdırma işlərinin ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla da 30 min nəfər sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq. 20-ci sahə yaşayış massivinin su təchizatında dayanıqlıq təmin edildikdən sonra ərazidə yerləşən “Şimal” nasos stansiyasının fəaliyyəti dayandırılacaq. Xatırladaq ki, bu ilin yazında 20-ci sahə yaşayış massivində icra olunmuş layihə çərçivəsində 5,4 km içməli su şəbəkəsi yaradılıb. Cari ilin oktyabrından Səbail rayonunun Badamdar qəsəbəsində sürüşmə zonası kimi tanınan ərazisində də içməli su və kanalizasiya sistemərinin yenidən qurulmasına başlanılacaq. Bununla da həmin ərazidə məişət sularının axıdılması mərkəzləşdirilmiş qaydada təmin ediləcək.
Paytaxtın bu hissəsinə də yeni su xətləri çəkilir



Bu rayonda yeni içməli su şəbəkələri yaradılır
Hövsanda yaşayanlara ŞAD XƏBƏR
9 kəndə Şollar-Bakı kəmərindən su veriləcək
Laçın su ilə təmin edildi
Bu ərazidə su olmayacaq
Şükürbəyli-Cəbrayıl-Hadrut yolu asfaltlanır
Neftçalaya yeni magistral su kəməri çəkilir - FOTO
Quba ərazisi susuz qaldı- SƏBƏB NƏDİR?
Bərdə sakinlərinə şad xəbər
Kiçik Kirs-Şuşa su kəməri dəyişdirilir
Neftçalaya çəkilmiş II su kəməri istismara verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 