Azərbaycan Dillər Universiteti (ADU) filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin işdən çıxarılması ilə bağlı açıqlama yayıb.
ONN media bildirir ki, Azərbaycan Dillər Universitetinin filologiya və jurnalistika fakültəsinin dekanlığına 2018-ci ilin sentyabr-dekabr aylarında tələbələrdən daxil olmuş çoxsaylı müraciətlərə baxılmaması ilə əlaqədar filologiya və jurnalistika fakültəsində tədris və təlim-tərbiyə işinin təşkilinin öyrənilməsi ilə bağlı dekabrın 18-də komissiya yaradılıb: "Komissiya tərəfindən aparılmış müvafiq araşdırma zamanı qeyd olunan fakültədə tədris fəaliyyətinin gedişinə, tədris prosesi iştirakçılarının fəaliyyətinə və tədris sənədlərinin tərtibatına nəzarətdə və onların uçotunda bir sıra ciddi nöqsan və boşluqların mövcud olduğu, akademik qrup jurnallarının yarıtmaz vəziyyətdə aparıldığı, həmçinin "Vətəndaşların müraciətləri haqqında” qanunun 7-ci maddəsinin tələblərinin fakültənin dekanı Vüsalə Ağabəyli tərəfindən kobud şəkildə pozularaq müraciətlərin cavablandırılmasının təmin edilmədiyi müəyyən olunub. Müraciətləri qanun çərçivəsində həllini tapmayan 31 tələbə universitetin rəhbərliyinə təkrar müraciət etmək məcburiyyətində qalıblar. Bundan əlavə V.Ağabəyli tutduğu dekan vəzifəsindən istifadə edərək onun səlahiyyətlərinə aid olmadığı halda 10 tələbəyə yazılmış qaiblərın nəzərə alınmasına dair qanuna zidd qərarlar qəbul etməklə "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərini pozub. Bununla da filologiya və jurnalistika fakültəsinin dekanı V. Ağabəyli əmək funksiyasının, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməsi zamanı səhlənkarlıq, etinasız və qanunazidd hərəkətləri nəticəsində əmək və icra intizamının normal ahəngini kobud şəkildə pozub, o cümlədən tədris fəaliyyətinin gedişinə və tədris prosesi iştirakçılarının fəaliyyətinə ciddi xələl gətirib".
Açıqlamada qeyd edilib ki, açıq dərslərin təşkili və obyektiv qiymətləndirilməsi zamanı yol verdiyi ciddi nöqsanlara, Rektoryanı Şurada etik davranış qaydalarını pozduğuna və universitetin əməkdaşlarına şər və böhtan atdığına görə V. Ağabəyliyə 17.12.2018-ci il tarixdə töhmət verilib: "Araşdırma zamanı komissiyanın tədris sənədləri ilə işin vəziyyəti haqqında yekun rəyinə əsasən fakültənin dekanı Vüsalə Ağabəyli vəzifəli şəxs kimi işinə səhlənkar münasibət bəsləyərək xidməti vəzifələrini lazımi qaydada yerinə yetirmədiyinə, vəzifə səlahiyyətlərini aşdığına, ona aid olmayan vəzifələrin həlli ilə əlaqədar qərarlar qəbul etdiyinə, vətəndaşların müraciətlərinə baxılması haqqında qanunun tələblərini pozaraq tələbələrin ona ünvanladıqları ərizələrin mahiyyəti üzrə baxılmasını təmin etmədiyinə görə barəsində ciddi tədbirlər görülməsinin zəruriliyi bildirilmiş və qeyd olunan fakültədə vəziyyətin köklü şəkildə yaxşılaşdırılması istiqamətində təsirli addımların atılması və müvafiq kadr dəyişikliklərinin aparılması tövsiyə edilib.
Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin "b” bəndini rəhbər tutaraq və yuxarıda göstərilənlərə, həmçinin səlahiyyətli komissiyanın yekun rəyinə, professor-müəllim heyətinin müraciətinə, Elmi Şura üzvlərinin müraciətlərinə, Tədris işləri üzrə prorektor və Tədris şöbəsinin müdirinin təqdimatına, əmək müqaviləsinə xitam verilməsi barədə HİK-in razılığına, davamiyyət jurnallarından çıxarışlara, tələbələrin rektora təkrar müraciətlərinə əsaslanaraq universitetin rektoru akademik Kamal Abdulla Vüsalə Ağabəylinin 0.5 ştat üzrə baş müəllim vəzifəsində saxlanılmaqla dekan vəzifəsindən azad olunması haqqında əmr imzalayıb. V.Ağabəyli əmək funksiyasını, əmək müqaviləsi və vəzifə təlimatı ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməyib, həmçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində pedaqoji müəllim heyətinin və tələbə kollektivinin qanuni mənafeyinə ciddi xələl gətirib, eləcə də Azərbaycan Dillər Universitetininin nüfuzuna ziyan vurub”.
Qeyd edək ki, K. Abdulla Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyliyə töhmət verildiyini açıqlayıb. V. Ağabəyli isə rektoru universitetdə ayrı-seçkilik salmaqda, Elmi Şurada müəllimləri təhqir etməkdə, dostunun qızı olan və ingilis dilini bilməyən müəllimə dərs verməkdə, imtahanlarda köçürməyə şərait yaratmaqda günahlandırıb.



Qarabağ universitetinə dekanlar seçilib
Bu il BDU-da hansı ixtisaslara qəbul olacaq? - SİYAHI
BDU-nun 8 fakültəsinə yeni dekan seçilib - SİYAHI
MEK əməkdaşlarına “İctimaiyyətlə əlaqələr və media” təlimi keçirilib - FOTO
Prezident İlham Əliyev nekroloq imzalayıb
AzTV-nin yeni sədri kimdir? – DOSYE
BDU-nun 4 müəllimi koronadan vəfat edib?
ADU-da media tur təşkil edildi
Azərbaycanda yeni institut yaradıldı - İlk dəfə
Jurnalist Mübariz Əhmədov vəfat etdi
Bu ölkədə Azərbaycan dilinin tədrisinə başlanıldı
Onlar işə getməsələr də, MAAŞ ALACAQLAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 