AMEA-nın Mərkəzi Elmi Kitabxanasında BDU-nun Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu MEK və BDU-nun Jurnalistika fakültəsinin əməkdaşlarına “İctimaiyyətlə əlaqələr (PR) və media” mövzuda təlim-seminar keçib. Mərkəzi Elmi Kitabxanadan ONN media -ya verilən məlumata görə, MEK-in direktoru Leyla İmanova kitabxananın informasiya istehsal edən və paylaşan bir qurum olduğunu vurğulayaraq ictimaiyyətlə əlaqələrin, media ilə işin təşkilinin daha peşəkarcasına qurulmasının vacibliyinə diqqət çəkib. L.İmanova təlim-seminarın Jurnalistika fakültəsi ilə 2018-ci ildə imzalanmış müqavilə çərçivəsində həyata keçirildiyini bildirib. BDU Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu təlim zamanı müasir dövrdə media ilə, ictimaiyyətlə əlaqələrin qurulması, press-relizin yazılması və müsahibənin verilməsi qaydaları, böhran vəziyyətində müəssisənin rəhbərliyinin, PR işinə cavabdeh şəxslərin davranışları və s. mövzularda geniş məlumat verib. V.Zifəroğlu ictimaiyyətlə əlaqələri düzgün istiqamətdə tənzimləməyin, müəssisənin fəaliyyəti haqqında mediaya dolğun məlumat ötürməyin vacibliyindən bəhs edib. Dünyada PR anlayışına 500-dən artıq tərif verildiyini deyən V.Zifəroğlu PR dedikdə “imicin idarə edilməsi” tərifinə üstünlük verdiyini və PR ilə bağlı addımların məhz bu anlama yönəldilməsinin vacibliyini vurğulayıb. İnteraktiv şəkildə keçən təlimdə iştirakçılar sual və təkliflər ünvanlayaraq mövzu barəsində fikirlərini səsləndiriblər. İkigünlük tədbirin sonunda təlimin iştirakçılarına sertifikatlar, BDU əməkdaşlarına isə sertifikatla yanaşı kitabxananın bir illik oxucu kartı təqdim edilib. Gələcəkdə hər iki qurumun birgə şəkildə təlim, seminar və tədbirlər keçirməsi qərarlaşdırılıb.
MEK əməkdaşlarına “İctimaiyyətlə əlaqələr və media” təlimi keçirilib - FOTO



Mətbuat Şurası və Mərkəzi Elmi Kitabxana arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
Yunus Əmrə İnstitutu Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlıq edəcək
BDU-nun 8 fakültəsinə yeni dekan seçilib - SİYAHI
Azərbaycandan 24 jurnalist Türkiyəyə getdi
Kamal Abdullanın işdən çıxardığı dekanla bağlı AÇIQLAMA
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı
Kanadanın Vaterlo Universitetinin dekanı ilə görüş keçirilib
Jurnalist Mübariz Əhmədov vəfat etdi
Jurnalistika üzrə magistr təhsili almaq istəyənlərin NƏZƏRİNƏ
BDU da yeni TƏYİNAT
Bu şəxslərə yüksək vəzifə verildi - ƏMR
Ramiz Mehdiyev yeni direktor təyin etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 