Qida Təhlükəsizliyi Agentliyindən ONN media-ya verilən məlumata əsasən bildirilir ki, 13 fevral 2019-cu il tarixdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda İSO 22002-1:2009 və İSO 22000:2018 standartlarına uyğun olaraq qida təhlükəsizliyinin idarə edilməsinə həsr olunmuş təlimə start verilib.
Təlim qida təhlükəsizliyi sahəsində ixtisaslaşmış, Amerikada və Avropanın qabaqcıl ölkələrində təcrübə keçmiş beynəlxalq ekspertlər Xairullin Mars Faritoviç və Tim Ross tərəfindən keçirilir.
Təlimin məqsədi iştirakçılara ilkin fəaliyyət proqramları, beynəlxalq təcrübə, bu sahədə MDB və Avropa dövlətlərində qəbul edilmiş konsepsiyaların həyata keçirilməsi və dəstəklənməsi üsulları barədə məlumat verməkdir.
Tədbirdə Azərbaycanda bu sahə üzrə fəaliyyət göstərən aparıcı müəssisələrin, şirkətlərin nümayəndələri iştirak edir.
Təlimdə qarşılıqlı çirklənmənin qarşısını almaq üçün görülən işlər, binaların tikintisi və planlaşdırılması, təchizat sistemləri (hava, su, elektrik enerjisi), zibillərin təmizlənməsi, satın alınmış materialların idarə edilməsi, təmizləmə və sanitariya, zərərvericilərlə mübarizə, şəxsi gigiyena və personal üçün sanitar-texniki cihazlar, emal olunacaq məhsullar, anbara yerləşdirmə, istehlakçıların məlumatlandırılması, məhsulun qorunması, biohəssaslıq və bioterrorizm mövzularında iştirakçılara ətraflı məlumat veriləcək.
Tədbir 3 gün davam edəcək, sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.



Qida məhsullarının təhlükəsizliyinə dair vəziyyət araşdırılacaq
Əli Əsədov qərar imzaladı
Quş əti idxalı qadağan olunub? - AÇIQLAMA
AQTA sahibkarları cərimələməyə başlayıb
Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
Səhiyyə Nazirliyi bu şəxslərə müraciət etdi
Daha 40 sahibkarlıq subyekti qeydiyyata alındı
7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günüdür
Pendir sexində acınacaqlı görüntülər - Bərdədə
İsmayıllıda aptekdə aşkarlanan nöqsanlar bunlardır
Kənd Təsərrüfatı Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında anlaşma memorandumu imzalanıb
Mənşəyi bilinməyən heyvan əti aşkar edildi - Gəncədə
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 