ürkiyədən və Almaniyadan Rusiyaya daxil olan meyvə və tərəvəzlərdə (portağal, Naringi, qreypfrut, armud, limon, xiyar, alma və s.) parazitlik edən “Apocephalus paraponerae” növünə aid olan çoxzəhərli qozbel milçəklər aşkar edilir. Belə xəbərdarlıqla Rusiyada kənd təsərrüfatı məhsullarına nəzarəti həyata keçirən “Rosselxoznadzor” çıxış edib. ONN media virtualaz.org -a istinadən xəbər verir ki, adı çəkilən həşərat həm insanlar, həm də heyvanlar üçün təhlükəlidir, belə ki, vəba xəstəliyini yayır. “Apocephalus paraponerae” növünə məxsus qozbel milçəklər və onların süfrələri meyvələrdə, tərəvəzdə, unda, pendirdə, balıqda və soyada aşkarlana bilər. Bununla bağlı Dağıstan ərazisində müvafiq tədbirlərin həyata keçirildiyi bildirilir. Təsərrüfat subyektlərinin rəhbərləri ilə keçirilən görüşlərdə onlara sözügedən həşəratlar və onların törədə biləcəyi xəstəliklər barədə ətraflı məlumat verilir, məlumat vərəqələri paylanır. Son günlərdə təhlükəli qozbel milçəklər barədə informasiyanın əksini tapdığı plakatlar və reklam lövhələri yaşayış məntəqələrinin inzibati binalarının, uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və bazarların yaxınlığında quraşdırılıb. Mahaçqala şəhərindən Azərbaycanla sərhədə qədər olan yolun kənarlarında sakinləri “Apocephalus paraponerae” növünə məxsus qozbel milçəklərdən qorunmağın vacibliyi barədə məlumatlandıran bilbordlar vurulub. Belə bir hal aşkarlanan zaman sakinlərdən “Rosselxoznadzor”un Dağıstan üzrə idarəsinə zəng etmələri xahiş edilir. Qeyd edək ki, Azərbaycana da Türkiyədən hər il portağal və digər subtropik meyvələr, o cümlədən tərəvəz idxal olunur. Hazırda Bakı bazarlarında Türkiyə istehsalı olan meyvə-tərəvəzə hər addımda rast gəlinir. Eləcə də bu mallar Azərbaycan üzərindən Rusiyaya daşınır.
DİQQƏT: Türkiyədən gətirilən bu məhsullarda vəba təhlükəsi



Rusiya bu ölkənin əriklərindən imtina etdi
Daha 5 müəssisədən Rusiyaya alma ixracına icazə verildi
Yeni fəlakət hazırlanır: müharibə, aclıq, vəba..
Baş nazirdən kənd təsərrüfatı ilə bağlı QƏRAR
Bu insanlar naringi yeyə bilməz - MÜTLƏQ OXUYUN
Rusiyada heyvanlar üçün COVID-19 peyvəndi HAZIRLANDI
Yeni ili evdə qeyd etmək bizə neçəyə başa gələcək? — SİYAHI VƏ QİYMƏTLƏR
Daha 12 müəssisə Rusiyaya pomidor ixrac edə biləcək
Rusiyadan Azərbaycanın 89 müəssisəsinə "yaşıl işıq"
Vəba epidemiyası nəticəsində 55 nəfər ölüb
Ən ucuz Novruz bazarlığını buradan edin - QİYMƏTLƏR/REPORTAJ
Üç nazirlik və bir komitə bu statusunu itirdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 