Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakı şəhəri ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki tədbir keçiriblər. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsindən ONN media -ya verilən məlumata görə, paytaxtın Nobel prospekti və A.M.Şərifzadə küçəsində keçirilən tədbir zamanı yaxınlıqda yerüstü və yeraltı piyada keçidlərinin olmasına baxmayaraq, bundan istifadə etməməklə özləri ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, həmin piyadalara yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə ətraflı məlumat verilib. Eyni zamanda, öz həyat və sağlamlıqlarına biganə yanaşaraq bu kimi inzibati xətalara yol verən piyadaların diqqətinə çatdırılmışdır ki, piyadalar tərəfindən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsinə görə 20 manat, o cümlədən hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yollarda isə 40 manat məbləğində inzibati cərimə tətbiq olunur. Qeyd edək ki, piyadalar arasında intizamın möhkəmləndirilməsi, yol hərəkəti təhlükəsizliyinin təmini, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədilə bu cür tədbirlər davam etdiriləcək və ümid edirik ki, hər birimiz bu məsələyə anlayışlı şəkildə yanaşsaq, müsbət nəticələrə nail olacağıq.
Polis Bakıda reydlərə başladı



DYP-dan piyadalara XƏBƏRDARLIQ
BDYPİ bu piyadalara müraciət etdi
Yol polisi Zərdabda reyd keçirdi
Gəncədə yol polisi reyd keçirdi
Yol polisi piyadalara müraciət etdi
Sürücü və piyadalara xəbərdarlıq olunub
3 ay ərzində nə qədər piyada cərimələnib?
DİN-dən bunu edən sürücülərə MÜRACİƏT
Yeni tədris ili başlayır: DYP-dən daha bir müraciət
Yol polisi piyadalara müraciət etdi
DYP piyadalara müraciət etdi
Qaradağda REYD: 15 sürücü saxlanıldı, səbəbi isə...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 