Bu ilin yanvarında ölkəmizə gələn xarici vətəndaşların sayı 185 mini keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artım deməkdir.
Mədəniyyət və Turizm Nazirliyindən ONN media-ya bildirilib ki, Azərbaycana gələn xarici vətəndaşların sayına görə beş ölkə - Rusiya (59 990 nəfər), Gürcüstan (45 679 nəfər), Türkiyə (24 276), İran İslam Respublikası (13 437 nəfər) və Birləşmiş Ərəb Əmirlikləri (8 265 nəfər) üstünlük təşkil edir. Bu ölkələrdən gələn xarici vətəndaşların sayı yanvar ayı ərzində ölkəmizə gələn xarici ziyarətçilərin 82 faizini təşkil edib.
Keçən ilin yanvar ayı ilə müqayisədə say etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr Türkiyə (5 379 nəfər), Gürcüstan (4 480 nəfər), Rusiya Federasiyası (3 774 nəfər) və BƏƏ (2 869 nəfər) olub. Bu ölkələrdən gələnlərin sayındakı artım cəmi 16 min 502 nəfər təşkil edib ki, bu da ümumi artımın 61 faizi deməkdir.
Keçən ilin yanvar ayı ilə müqayisədə faiz etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr isə Küveyt (540%), Pakistan (316%), Hindistan (234%) və Qətər (167%) olub. Bu ölkələrdən Azərbaycana gələnlərin sayında artım cəmi 5 720 nəfər təşkil edib ki, bu da ümumi artımın 21 faizi deməkdir.
Ölkə ərazisini ziyarət edən xarici vətəndaşların 130 118 nəfəri (69.9 faiz) kişi, 55 795 nəfəri (30.1 faiz) isə qadınlar olub.



Ölkəmizə gələn turistlərin sayı artıb
Ölkəmizə Çin və Yaponiyadan da turist axını artıb
Bu il ölkəyə nə qədər turist gəlib? – Nazirlik açıqladı
Xaricə gedən azərbaycanlılar ən çox haranı seçirlər?
Bu il Azərbaycana nə qədər turist gəlib?
Ölkəmizə gələn turistlərin sayı nə qədər artıb?
4 ayda Azərbaycana 847 midən çox turist gəlib
Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı
Bu il Azərbaycana 2,2 milyon əcnəbi gəlib
Azərbaycanda əcnəbilərin bank kartları ilə əməliyyatları neçə faiz artıb?
Ötən ay Azərbaycana ən çox bu ölkələrdən qonaq gəlib
Azərbaycana Yaxın Şərq və İrandan gələnlərin sayı azalıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 