ONN media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarəsi 4 ildir dünyasını dəyişən Mirzəquluzadə Elxan Balağa oğlunun bu ilin fevral ayının 1-də Salyan yolunda sürət həddini aşdığına görə radara düşməsi hadisəsini araşdırır.
DYP Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Əliyev açıqlamasında belə deyib.
O, bildirib ki, hazırda mərhumun vaxtilə yaşadığı ünvana göndərilən cərimə məktubları ilə bağlı araşdırma aparılır. Məsələyə tezliklə hüquqi qiymət veriləcək.
XXXX
Azərbaycanda qəribə hadisə baş verib. 4 ildir dünyasını dəyişən şəxs bu ilin fevral ayının 1-də Salyan yolunda sürət həddini aşdığına görə radara düşüb.
Radara düşən mərhumun həyat yoldaşı Zakirə Zakirqızının bildirdiyinə görə, bununla bağlı yaşadıqları ünvana Baş Dövlət Yol Polisi İdarəsindən məktub göndərilib:
"Dünən mərhum həyat yoldaşım Mirzəquluzadə Elxan Balağa oğlunun adına Baş Dövlət Yol Polisi İdarəsindən məktub gəlib. Fevral ayının 1-də Salyan yolunda sürət həddini aşdığına görə radara düşüb. Sonra da idarə etdiyi "Nissan Patrol" avtomobili texniki baxışdan keçmədiyi üçün üstəlik 50 manat da cərimələnib."
Zakirə xanım həyat yoldaşının həyatda olmadığını deyir və baş verənləri anlamağa çalışır:
"DYP-nin başbilənlərinə deyim ki, mənim yoldaşım 4 ildir rəhmətə gedib və bizim heç vaxt NİSSAN PATROL maşınımız olmayıb. Hətta öz adına belə kiminçüsə alsaydı xəbərim olardı. İndi məni bir məsələ düşündürür; birdən bu maşın kimisə vurub, öldürdü, məsuliyyəti kim daşıyacaq? Mənim 4 il bundan əvvəl dünyaslnı dəyişmiş yoldaşım"?
Qeyd edək ki, Zakirə Zakirqızı jurnalistdir. Hazırda Xəzər TV-də çalışır.



Məşhur müğənni qaydaları pozdu
Sürücülərin nəzərinə: Bu yolda...
Marneulidə BƏDBƏXT HADİSƏ: Bir ailənin üç üzvü evdə ÖLÜ TAPILDI
Azərbaycanda 4 yüksək rütbəli polis KORONAVİRUSA YOLUXDU
Nazir mətbuat xidmətinin rəhbərinə YÜKSƏK VƏZİFƏ verdi
Bu ərazilərdə radara düşmüsünüzsə, ləğv edilməlidir - Rəsmi
DYP havanın çirkləndirilməsi ilə bağlı sürücülərə müraciət edib
Ramiz Zeynalov vəzifədən azad edilməyib? - RƏSMİ AÇIQLAMA
DYP-dən gizli radarlarla bağlı xəbərlərə CAVAB
Kamran Əliyevə yeni vəzifə
Binəqədi yolunda yol qəzası olub
Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlının KİMLİYİ bilindi
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 