Yaxın bir necə gün ərzində Azərbaycanda 20-40 yaşlı insanların qızılca-məxmərək əleyhinə peyvəndləmə işlərinə başlanacaq.
ONN media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxanlarının sayının həddindən artıq olmasını nəzərə alaraq, ölkəmizə böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə 160 min dozada vaksinlər gətirilib. Artıq Bakıdakı poliklinikalara vaksinlər paylanılıb. Digər şəhər və rayonlar üzrə isə vaksinlərin paylanılması hazırda həyata keçirilir.
A.Əliyeva qeyd edib ki, peyvəndləmə işləri yalnız hər hansı səbəbə görə vaxtilə peyvənd olunmayan 20-40 yaşlı insanlar üçün həyata keçiriləcək:
"Peyvəndləmə məcburi qaydada həyata keçirilməyəcək. Vaxtilə hər hansı səbəbə görə qızılcaya qarşı peyvənd olunmayan 20-40 yaşlı insanlar ərazi üzrə poliklinikalara müraciət edərək peyvənd olunacaqlar. Yaxın bir necə gün ərzində poliklinikalarda böyüklər üçün peyvənd kabinetləri fəaliyyət göstərəcək".
Mərkəzin direktor müavini qızılca-məxmərək əleyhinə vaksinin bəzi qrupdan olan insanlar üçün tibbi əks-göstəriş olduğunu da söyləyib.
Onun sözlərinə görə, hamilə qadınlar və ya hamilə olmağa hazırlaşan qadınlar, qan, onkoloji xəstəliyi olan, yumurta zülalına allergiyası olan şəxslər bu vaksinə qarşı peyvənd oluna bilməzlər:
"İnsanlar müraciət etdikdə həkim-terapevtlər onları müayinədən keçirəcəklər. Əgər insanlar tam sağlamdırlarsa, onlar üçün tibbi əks göstəriş yoxdursa, vaxtilə peyvənd olunmayıblarsa, qızılcaya yoluxmamaları üçün hökmən ərazi üzrə poliklinikalara müraciət ediərək peyvənd olunsunlar".
Peyvənd olunmaq üçün edilən müraciətlərin sayının çox olduğunu deyən A.Əliyeva qeyd edib ki, qızılcaya yoluxma halları azalsa da, bu hallar hələ də qeydə alınır.
Xatırladaq ki, səhiyyə naziri Oqtay Şirəliyevin respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair imzaladığı əmrə əsasən, mart-aprel aylarında qızılca xəstəliyi qeyd olunan Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirləri keçiriləcək. Azxeber.com



Səhiyyə Nazirliyindən qızılca ilə bağlı AÇIQLAMA
Qızılca və məxmərək sürətlə artır?.. – Nazirlik açıqladı
Azərbaycanda nə qədər qızılcaya yoluxan var?
DİQQƏT- Əhaliyə pulsuz vaksin vurulacaq
Səhiyyə Nazirliyi: Azərbaycanda səpkili xəstəliklərə nəzarət edilir
Azərbaycanda nə qədər adam qızılcaya tutuldu?- RƏSMİ
Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - RƏSMİ AÇIQLAMA
SEVİNDİRİCİ XƏBƏR: Ölkə bu xəstəliklərdən XİLAS OLDU
Bayram günlərində uşaqları bu məkanlardan uzaq tutun
Azərbaycanda qızılcaya yoluxma halları azalıb
Şagirdləri qızılcadan necə qoruyaq?
Səhiyyə Nazirliyindən qriplə bağlı MÜHÜM AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 