"Süfrəmizdə çörək kəsən insanlar sonra bizim qanımızı tökdülər".
ONN media xəbər verir ki, bunu Xocalı soyqırımı zamanı yaxınlarını itirmiş Vərziyar Əliyeva Qafqaz Müsəlmanları İdarəsində keçirilən “Xocalı Soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!” adlı tədbirdə deyib.
O, 1992-ci ilin fevralın 25-dən 26-na keçən qarlı gecədə ermənilərin Xocalıda törətdiyi vəhşiliklərdən sonra qarı sevmədiklərini qeyd edib: "Çünki bizim şəhidlərimizin qanı o ağ qarı qırmızı rəngə boyadı. Həyat yoldaşım Əbülfət Əliyev Xocalı hava limanının müdafiəsi zamanı son damla qanına qədər döyüşərək şəhid olub. Atam 57 yaşlı Hüseynov Mürşüd beşatılan tüfəngi ilə qəhərmancasına döyüşüb və şəhid olub. Mən hələ də beşatılan gülləni saxlayıram. O hadisədə bacım ailəlikcə, övladları ilə birgə itkin düşüblər. Hələ də onlar haqqında məlumat yoxdur. Onun ailəsindən bir oğlu yadigar qalıb. Hazırda polisdir. Övladı da var.
Bizim qadınlar da kişilərlə bərabər əllərindən gəldiyi qədər döyüşdülər. Biz hələ ölməmişik, yaşayırıq. bizim qadınlarımız şəhidlərin övladlarını qeyrətlə böyütdülər". Report



Xocalıda soyqırımına həsr olunan abidə ucaldılacaq
Xocalı soyqırımından 30 il ÖTÜR
Xocalı soyqrımından 27 il ötür
Hökümət rəsmiləri Xocalı Soyqırımı abidəsini ziyarət ediblər
İlham Əliyev Xocalı abidəsini ziyarət edib
İlham Əliyev “Ana harayı” abidəsini ziyarət etdi - YENİLƏNDİ
Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz
ABŞ-da daha bir mer Xocalı soyqırımı ilə bağlı QƏRAR VERDİ
Xocalı soyqırımı Ukrayna mətbuatında
“Xocalı nişanəsi” adlı qısametrajlı film təqdim edildi
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 