Sosial şəbəkələr təyinatına uyğun istifadə edilsə, yaxşı olar. Sosial şəbəkələrdən qanunsuz istifadə etmək cəhdləri qəbulolunmazdır.
ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
“Burada baş verən qanunazidd hərəkətlərin, insanların şəxsiyyətinin, şərəf və ləyaqətinin təhqir olunması yolverilməzdir, cinayət qanunvericiliyi ilə təqib olunur. Belə halların qarşısının alınması üçün qanunvericilikdə, o cümlədən, “Kütləvi informasiya vasitələri haqqında” qanunda müəyyən dəyişikliklər edilə bilər”, – deyən birinci vitse-spiker bu məsələdə ictimai qınağın gücləndirilməsinin tərəfdarı olduğunu qeyd edib.
Onun sözlərinə görə, insanların özləri bunu dərk etməlidirlər, ictimai qınaq güclü olmalıdır:
“Jurnalistlər fəal olmalıdırlar ki, əxlaqa zidd olan hallar baş verməsin. Cinayət Məcəlləsində təhqir və böhtana görə cəza nəzərdə tutulur. Əgər təkliflər olarsa, cəzalar sərtləşdirilə bilər. Amma cəmiyyətin reaksiya göstərməyi əsasdır, insanların mədəni səviyyəsi yüksəlməlidir. Əgər sənin kiminləsə mübahisən düşübsə, nədənsə narazısansa, söyüşə əl atmamalısan. Bu, çıxış yolu deyil”.
Z.Əsgərov qeyd edib ki, bunun normal və sivil yolları var:
“Kompüterin arxasında oturub müxtəlif yazı yazaraq kimisə niyə təhqir etməlisən ki? Xaricdə oturub kimisə təhqir etmək hansı əxlaqa sığır? Bu yazıları sənin və digərlərinin ailəsi – anası, bacısı, qardaşı oxuyur. Bu, biabırçı vəziyyətdir. Bu məsələdə hamının barışmaz mövqeyi olmalıdır”. Oxu.az



Yunus Oğuz: "Reket” jurnalistlərə qarşı cəzalar sərtləşdirilməlidir"
Saxta profil işlədənlər həbs oluna bilər?
Facebook-da təhqir edən necə cəzalandırılmalıdır... — Deputatdan AÇIQLAMA
Vitse-spiker: “Şəhidlərin şərəf və ləyaqəti qorunsun !"
Kəndliləri təhqir edən Laləni hansı cəza gözləyir?
"Sosial şəbəkələrdə söyüş, təhqir və böhtan..." - Canlı
Milli Məclisin komitə iclası keçiriləcək
Milli Məclisin iclası başladı
Elçin Mirzəbəyli: “Vətəndaşlar reketçiliyə qarşı mübarizədə fəal olmalıdırlar”
Bakı polisi HƏRƏKƏTƏ KEÇDİ: küçələrdə bunu edənlər cəzalanacaq
MM sədrinin müavinləri onlar oldu - Adlar
Hicran Hüseynova deputatları onlayn iclasa topladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 