ONN media xəbər verir ki, meyvə ağaclarına qulluq göstərilməsi ilə bağlı sualları ETSN-nin mütəxəssisi Gülnarə Məmmədova cavablandırıb.
Meyvə sortları nə vaxt əkilir?
Meyvə tinglərinin əsasən noyabrda, yarpaq töküləndən (vegetasiya dövrü dayandıqdan) sonra əkilməsi məsləhətdir. Payız mövsümündə əkilən ağaclar daha yaxşı inkişaf edir.
Meyvə ağaclarına necə qulluq göstərilməlidir?
Meyvə ağaclarının yaxşı inkişaf etməsi üçün gövdənin əhənglə rənglənməsi məsləhətdir. Bu, onu həşəratlardan və günəş şüalarından qoruyur. Belə ki, gündüz gövdə günəş şüasından qızır, axşam isə soyuyur, nəticədə gövdədə çatlar əmələ gəlir. Həmin yerlərdə həşəratlar yumurta qoyaraq çoxalır və ağac zəifləyərək ömrü azalır. Ona görə əhənglənməsi zəruridir. Gövdə qabığı qalın olan ağacların isə əvvəlcə üst qabığı təmizlənməlidir. Sonra kül və təsərrüfat sabunu qarışığından məhlul (5 qr sabun və 250 qr kül) hazırlanmalı və 1litr isti suda həll edilməlidir. Gövdə soyuq halda olan məhlulla dezinfeksiya edilir, daha sonra əhəng ilə ağardılır. Meyvə bağlarına qulluq mart ayında aparılmaldır, gövdə ətrafı çox dərin olmadan yumşaldılmalıdır və cərgə araları şumlanmalıdır. Payız mövsümündə ağaclara üzvü və mineral (fosfor və kalium ) gübrələr verilməlidir. Ağaclar bar verdikdən sonra zəifləyir. Ona görə payız mövsümündə üzvü və gübrələri verdikdən sonra suvarmaq lazımdır. Azot gübrəsi isə ancaq yazda verilir.
Meyvə ağaclarının calaq edilməsi ilə bağlı tövsiyələriniz...
Meyvə ağacları növlərindən asılı olaraq may, avqust və sentyabr aylarında calaq edilir. Calaq mütləq işi bilən mütəxəssis tərəfindən aparılmalıdır



Bu məhsullar mütləq yuyulmalıdır! Bir çox qadınlar bunu bilmir
Prezident Şamaxıda ağac əkdi
Bu şəxslərə meyvə və tərəvəz smuziləri OLMAZ
Quru meyvə seçərkən buna diqqət edin
Meyvə şirələrinin inanılmaz faydaları
İcra hakimiyyətinin işçiləri vətəndaşın başına belə oyun açdılar – VİDEO
Bakıda meyvə səbətlərində fantastik qiymət
Mağazalarda satılan meyvə şirələrində böyük təhlükə
Dietoloq karantin zamanı faydalı qidalanma qaydasını açıqladı
Bakıda İYRƏNC hadisə - Meyvə şirəsindən naməlum maddə çıxdı
Meyvə şirələri həyatı qısaldır?
Üzümüzə necə qulluq edək?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 