Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinin və burda fəaliyyət göstərən “Vətənpərvər” diaspora təşkilatları birliyinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.
Bu barədə Trend-ə Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.
Belə ki, Qahirədəki səfirlikdə Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə səfirliyin əməkdaşları, Qahirədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz iştirak ediblər. Tədbirdə çıxış edən səfir Tural Rzayev 26 il bundan əvvəl Xocalıda mülki əhaliyə erməni yaraqlıları və onların havadarları tərəfindən törədilən soyqırımdan söhbət açıb. Xocalı soyqırımı ilə əlaqədar ilk siyasi qiyməti Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev tərəfindən verildiyini bildirib. Dünyada mövcud olan ikili standartlardan söhbət açan səfir, Xocalı soyqırımını törədən qatillərin hələ də cəzasız qaldığını təəssüf hissi ilə vurğulayıb.
Tədbirdə çıxış edən Misirdəki diasporamızın rəhbəri, araşdırmaçı alim Seymur Nəsirov tədbirdə iştirak edən gənclərimizin sosial şəbəkələrdən daha fəal istifadə etmələrinə və xalqımızın taleyüklü məsələləri, o cümlədən Xocalı soyqırımı ilə əlaqədar materialları yaymağı tövsiyyə edib. Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uğurla aparılan “Xocalıya Ədalət” kompaniyasında fəal iştirak etmələrinə çağırıb. Daha sonra tədbir iştirakçıları Xocalı soyqırımı ilə əlaqədar səfirlikdə təşkil olunan fotosərgi ilə tanış olublar, sənədli filmə baxıblar.
Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan Respublika ombudsmanının, o cümlədən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun bəyanatları Misir Xarici İşlər Naziri, Parlamenti və əlaqədar təşkilatlara göndərilib.
Xocalı soyqırımı ilə əlaqədar Misirin kütləvi informasiya vasitələrində də məqalə və xəbərlər əksini tapıb.



Türkiyəli səfir Xocalı ilə bağlı paylaşım etdi
Heydər Əliyev Sarayında Xocalı soyqırımının qurbanları anıldı
Birləşmiş Ərəb Əmirliklərində anım tədbiri keçirilib
İstanbulda “Xocalı soyqırımı və erməni problemi” mövzusunda tədbir keçirildi
Şuşada Xocalı qurbanları anıldı
İlham Əliyev Xocalı abidəsini ziyarət edib
Türkiyədən Bakıya BÖYÜK JEST
Stokholmda Xocalı soyqırımı tədbiri
ABŞ-da daha bir mer Xocalı soyqırımı ilə bağlı QƏRAR VERDİ
XİN və Baş Prokurorluq Xocalı faciəsilə bağlı bəyanat yaydı
Bakıda prezidentin iştirakı ilə ümumxalq yürüşü keçirilir
İqdırda Xocalı şəhidləri anılıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 