ONN media xəbər verir ki, sosial şəbəkədə erməni istifadəçilər Xocalı soyqırımına görə Azərbaycan xalqına baş sağlığı veriblər.
Xocalı soyqırımının ildönümü ilə bağlı “Facebook” sosial şəbəkəsində ermənilərin nələr yazdığını bilmək üçün axtarış verdikdən sonra gördük ki, bir qrup erməni Ermənistan dövlətinə müraciət edib və onların çoxu öz səhifələrində başsağlığı mətni yayımlayıb.
Mətndə ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün daha fəal olmasına çağırış da yer alıb. Onlar Ermənistanın bütün layihələrdən kənarda qaldığını, münaqişənin hər iki xalqın sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərdiyini və Qarabağın əslində Azərbaycanın nəzdində normal inkişaf edə biləcəyini vurğulayırlar.
Bundan əlavə, ermənilər Xocalı faciəsi ilə bağlı başsağlığı da verirlər.
Yüzlərlə erməninin yazdığı və paylaşdığı mətni sizə təqdim edirik:
“Erməni xalqının nümayəndəsi olaraq, Dağlıq Qarabağ münaqişəsinin nəhayət ki, beynəlxalq hüquq və ölkələrin ərazi bütövlüyünün qorunması prinsipləri əsasında, sülh yolu ilə həllinə yardım göstərməyinizi xahiş edirəm.
Qeyd etmək istəyirəm ki, süni şəkildə yaradılan və üçüncü ölkələrin maraqlarına xidmət edən bu münaqişə ona gətirib çıxarıb ki, Ermənistan xalqı və Dağlıq Qarabağ erməniləri 30 ildir dilənçi kökündə yaşayır, ölkənin özü isə enerji, nəqliyyat və digər həyati əhəmiyyətli mühüm layihələrdən kənarda qalıb.
Mövcud situasiyanı təhlil edərək belə bir nəticəyə gəlmək və əminliklə söyləmək mümkündür ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində olaraq inkişaf etməsi daha realdır, nəinki belə bir vəziyyətin hökm sürdüyü mənim vətənimdə.
Təəssüf ki, hətta demokratik yolla hakimiyyətə gəlmiş Ermənistanın mövcud iqtidarı da bu münaqişədən faydalanmağa çalışır və ona görə də problemin həllində maraqlı deyil.
Nəticədə iki qonşu xalq bunun əziyyətini çəkir. Bu müraciət Azərbaycan xalqının matəm günü, Xocalı Soyqırımının ildönümü gününə təsadüf edir. Bununla əlaqədar başsağlığı verərək qeyd edirəm ki, bu, erməni xalqının tarixində yol verilmiş ən ciddi səhvdir”.
Qeyd edək ki, apardığımız axtarış zamanı bir sıra erməni sosial şəbəkə istifadəçilərinin Xocalı soyqırımı ilə bağlı fotoları öz profillərində “örtük şəkli” etdiklərinin də şahidi olduq.
Erməni sosial şəbəkə istifadəçilərinin Xocalı soyqırımı ilə bağlı paylaşdıqlarının “screenshot”larını sizə təqdim edirik: Yenicag.az



Türkiyəli səfir Xocalı ilə bağlı paylaşım etdi
Xocalı qurbanlarının xatirəsi Şuşada anıldı
Xocalı soyqırımı Ukrayna mətbuatında
Londonda Xocalı və 31 mart soyqırımına həsr olunmuş tədbir keçirildi
Ermənilərin SOCAR-a qarşı təxribatının qarşısı alındı
Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Dərnəyi Xocalı soyqırımının ildönümü ilə əlaqədar aksiya keçirdi
Fransa mətbuatı Xocalı soyqırımından yazdı
“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır
Erməni yazıçı: Dağlıq Qarabağ heç zaman ermənilərin olmayıb və olmayacaq
Xocalı soyqrımından 27 il ötür
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 