Londonda Xocalı faciəsinə və 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş “Maskalanmış Soyqırımı” (Masked Genocide) adlı konfrans keçirilib.
ONN media ONA-ya istinadən verdiyi xəbərə görə, tədbirdə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Tahir Tağızadə, Azərbaycan Evinin rəhbəri Ali Tekin Atalar, Londonda yaşayan Azərbaycan diasporunun üzvləri, xarici qonaqlar iştirak ediblər.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə çıxışında azərbaycanlılara qarşı törədilən qırğınlardan danışıb. “İki soyqırımı arasında təxminən 75 illik fərq var. Biz öz tariximizi, keçmişdə yaşananları öyrənməli, gələcəkdə belə halların təkrarlanmasının qarşısını almalıyıq”,- deyə Tahir Tağızadə deyib.
Azərbaycan Evinin rəhbəri Ali Tekin Atalar Xocalını daha yaxşı anlamaq üçün ermənilərin regionda məskunlaşmasına diqqət çəkib: “1813 və 1828-ci ildə Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından sonra ermənilərin sürətli və kütləvi şəkildə Azərbaycan ərazisinə köçürülməsi siyasətinə başlandı. Onlar azlıq təşkil etsələr də, tez bir şəkildə öz bölücülük siyasətinə başladılar”,- deyə A. Atalar bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ekspert, antropoloq alim Tamara Draqadze Xocalı soyqırımı ilə bağlı xatirələrini bölüşüb və ermənilər tərəfindən törədilən soyqırımlarının beynəlxalq arenada tanıdılmasının əhəmiyyətinə toxunub.
Tədbirin sonunda Xocalı ilə bağlı sənədli video-çarx nümayiş etdirilib.
Londonda Xocalı və 31 mart soyqırımına həsr olunmuş tədbir keçirildi



Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - SİYAHI
Britaniya ilə əlaqələrin 30 illiyi ilə bağlı tədbir keçirildi
31 mart Soyrımının ildönümü Avropanın bir sıra ölkələrində qeyd edilib
Xocalıda soyqırımına həsr olunan abidə ucaldılacaq
Bayramov Londonda Britaniya səfiri ilə görüşdü
Türk Dövlətləri Təşkilatı mart soyqırımı ilə bağlı paylaşım edib
Niderlanda Xocalı soyqırımı qurbanlarının xatirəsininə anım mərasimi keçirilib
Xocalı rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən anım tədbiri keçirildi
İstanbulda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi
Qahirədə Xocalı qurbanları anıldı
Milli Məclisin deputatları İsrailə səfər edəcək
Fuad Muradov İsveçə səfərə getdi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 