Bu gün İstanbulda “Palmali” Şirkətlər Qrupu, İstanbul Universiteti və Yeni Çağ Media Qrupu tərəfindən Xocalı soyqırımının anım günü ilə əlaqədar “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçirilib. Axar.az-ın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, İstanbul Universitetində baş tutan kampaniya üç dildə (ingilis, türk və rus), əsasən tələbələrdən ibarət könüllülər tərəfindən aparılıb. Soyqırımın 27-ci ildönümündə həyata keçirilən kampaniyanın əsas məqsədi başda Tvitter olmaqla, bütün sosial şəbəkələrdə bu günün anlam və önəminin dünyaya çatdırılmasıdır. “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası zamanı könüllülər #hocalıiçinpaylaş və #shareforkhojaly həştəqləri ilə sosial şəbəkədə həm Türkiyə, həm də dünya üzrə ilk sıralara daxil olmağı hədəfləyirlər. Üzərində “Xocalı üçün paylaş” yazılmış geyimi olan və sosial media üzrə xüsusi təlim keçmiş könüllülər gün ərzində bu həştəqlərlə Xocalı soyqırımı başda olmaqla, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün çalışacaqlar. İstanbul Universitetində baş tutan tədbirdə Azərbaycandan və Türkiyədən olan millət vəkilləri Sona Əliyeva, Saffet Sancaqlı, sənət adamları Əhməd Şəfəq, Ərcan Saatçı, Hülya Avşar, Məlahət Abbasova, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov, o cümlədən, iki yüzdən çox könüllü gənc iştirak edib. Tədbir Xocalı qətliamı ilə bağlı hazırlanan videoçarxın nümayişindən və Türkiyə, Azərbaycan himnlərinin səsləndirilməsindən sonra start götürüb. Tədbiri öz nitqi ilə “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər açıq elan etdikdən sonra sözü İstanbul Dövlət Universitetinin rektor müavini Sedat Murada verib. Sedat Murad bildirib ki, 27 ildir davam edən bu acını unutmadıq, unutmağımız da mümkün deyil: "Unutduğumuz halda hər şeyimizi itirərik. Tədbiri keçirməyə razılaşdığımız zaman azərbaycanlı qardaşlarımız bizə təşəkkür etdi. Demək istəyirəm ki, təşəkkürə heç bir ehtiyac yoxdur, bu, bizim borcumuzdur. Türkiyə ilə Azərbaycan ətlə dırnaq kimidir. Azərbaycanın kədəri bizim kədərimizdir”. Daha sonra çıxış edən Sona Əliyeva bu günün əhəmiyyətindən danışıb: “Bu gün biz ermənilərin türk dünyasına yaşatdığı cinayətləri dünyaya çatdırmağa toplaşmışıq. Biz öz mübarizəmizi yeni, ən güclü silah olan sosial şəbəkələr vasitəsilə aparacağıq. Bu gün kədərlənməyə deyil, mübarizəyə yığışmışıq”. MHP millət vəkili Saffet Sancaqlı Xocalı soyqırımı ilə Srebrenitsa qətliamının oxşarlıqlarından danışıb. Mübariz Mənsimov da 27 ildir sağalmayan Xocalı yarasından söz açıb: “Burda iştirak edən bütün gənclərə minnətdarlığımı bildirirəm. Bizim gələcəyimiz gənclərdir. Sizlər tariximizi unutmamalı və yaşatmalısınız. Erməni lobbisi illərdir belə çalışırsa, biz onlardan daha çox çalışacağıq. Artıq dünya elə bir dövrünü yaşayır ki, mübarizə metodları dəyişib. Artıq fiziki güclə deyil, zəka ilə, media ilə, sosial media ilə mübarizə aparmaq lazımdır. Bu işdə böyük türk dünyası bir araya gəlib birgə çalışmalıdır”. Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupunun dəstəyi və təşkilatçılığı ilə baş tutan “Xocalı üçün paylaş” Sosial Media Kampaniyasına təşkilatı dəstəyi “Yeni Çağ” Media Qrupu və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi (Azerbaycan Kültür ve Dayanışma Topluluğu) verib.
Mübariz Mənsimovla Hülya Avşar Xocalı tədbirində



“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır
“Xocalı üçün paylaş” “Twitter”də rekord vurdu
Türkiyəli səfir Xocalı ilə bağlı paylaşım etdi
Xocalı ilə bağlı xüsusi aksiya
Xocalı soyqırımı Ukrayna mətbuatında
Bayraktardan möhtəşəm Xocalı paylaşımı
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
Türkiyədən Bakıya BÖYÜK JEST
Türkiyədə Xocalı faciəsi anılacaq
Xocalı soyqrımından 27 il ötür
İstanbulda Xocalı faciəsi yad olundu
ABŞ-da daha bir mer Xocalı soyqırımı ilə bağlı QƏRAR VERDİ
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 