"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə nəzərdə tutulan güzəşt məbləğinin vətəndaşlar tərəfindən hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) rəsmi internet səhifəsində elektron kalkulyator istifadəyə verilib.
ONN media xəbər verir ki, Palatanın rəsmi internet səhifəsinə (www.fimsa.az) giriş edən hər bir vətəndaş ana səhifədə əks olunan "PK – Problemli kreditlərin həllinə dair məlumat” bölməsində yerləşdirilmiş "Kalkulyator”a (https://pk.fimsa.az/az) daxil olaraq müvafiq hissələrə lazım olan məlumatı daxil etməklə əldə edəcəyi güzəşt məbləğini sərbəst şəkildə hesablaya bilər.
Kalkulyator "21.02.2015 tarixinə qalıq məbləğ (ABŞ dolları ilə)” və "21.12.2015 tarixinə qalıq məbləğ (ABŞ dolları ilə)” adlı iki boş xanadan ibarətdir ki, bu xanalar birinci və ikinci devalvasiya tarixini əks etdirir. Vətəndaş müvafiq olaraq hər bir devalvasiya zamanı mövcud olan əsas kredit borcunu uyğun xanalara daxil etdiyi zaman üçüncü xanada avtomatik olaraq həmin şəxsin əldə edəcəyi güzəşt məbləği əks olunur. Misal üçün, əgər birinci devalvasiya zamanı vətəndaşın banka 5500 ABŞ dolları məbləğində, ikinci devalvasiya zamanı isə 3000 ABŞ dolları məbləğində əsas kredit borcu qalıbsa, qeyd olunan məbləğləri uyğun xanalara daxil etmək lazımdır. Yalnız bir devalvasiya nəticəsində zərər görən vətəndaşlar həmin devalvasiya zamanı malik olduqları əsas kredit borcunu daxil edərək digər xananı boş saxlayırlar.
Qeyd edək ki, digər xarici valyutada olan kreditlərin qalıq məbləği Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin tarixlərə olan rəsmi məzənnəsinə uyğun olaraq ABŞ dollarına konvertasiya olunaraq göstərilir.
Mövzu ilə bağlı sual yarandıqda və ya əlavə məlumata ehtiyac olduqda vətəndaşlar Palatanın "966 Çağrı mərkəzi”nə, sisial şəbəkə səhifələrinə, həmçinin saytın "Əlaqə” alt-bölməsində qeyd olunan əlaqə vasitələrindən istifadə edə və ya elektron qaydada müraciət ünvanlaya bilərlər.



Problemli kreditlərin həlli ilə bağlı elektron resurs hazırlanıb
Kredit borcu olanların DİQQƏTİNƏ
Problemli krediti olanlar mütləq oxuyun
Problemli krediti olanların nəzərinə...
Gözlənilən gün gəldi- Problemli kreditlərlə bağlı veriləcək kompensasiyanın məbləği...
Kreditinizin nə qədər silinəcəyini BURADAN ÖYRƏNİN
İlham Əliyev Problemli kreditlərin həlli ilə bağlı fərman imzalayıb
Problemli kreditlərlə bağlı işlərin icraatı təxirə salınıb?- AÇIQLAMA
Fərman devalvasiyadan əvvəl dollarla götürülmüş kreditlərə də şamil ediləcək?
Kompensasiyalarla bağlı SMS almayan vətəndaşların - DİQQƏTİNƏ
Bu şəxslərin problemli kreditinə güzəşt ediləcək - AÇIQLAMA
Problemli kreditlər siyahısında adı çıxmayanlar nə etməlidir?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 