Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankla birlikdə xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri martın 15-dək təsdiq etməlidir.
ONN media bildirir ki, bunu Modern.az-a iqtisadçı Vüqar Bayramov bildirib.
V.Bayramov fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Fərmanına uyğun olaraq kompensasiya mexanizmi hazırlandığından aşağıdakı ümumiləşdirməni aparıb:
1. 10 min dollar qalıq məbləği differensial olaraq müəyyənləşdirilsin. Yəni, əgər vətəndaşımız 20 min dollar kredit alıbsa və devalvasiya zamanı onun əsas məbləğ üzrə kredit qalığı 14 min dollar olubsa, o zaman kompensasiya mexanizmi həmin məbləğin 10 min dollarına hesablansın. Bu halda formula belə olsun; 14 min dollarlıq kredit üzrə kompensasiya hesablanan məbləğ 10 min dollar, kompensasiyaya düşməyən hissə 4 min dollar. Bu qayda tətbiq olunarsa, o zaman devalvasiya zamanı qalıq məbləği 10 min dollardan çox olanlar da kompensasiyadan yararlana biləcəklər.
2. Əsas məbləğ üzrə qalıq məbləği 10500-dək olan bütün kreditlər yuvarlaq olaraq 10 min dollarlıq qalıq məbləği kimi qəbul olunsun və kompensasiya tətbiq olunsun. Məsələn, vətəndaşımız 20 min dollar kredit götürüb və onun əsas məbləğ üzrə qalıq məbləği devalvasiya zamanı 10100 dollar olub, yəni 10 mindən cəmi 100 dollar çox, və belə kreditlərə də kompensasiya hesablanıb ödənilsin. Zəruri qeyd: əgər birinci təklif qəbul olunarsa o zaman ikinci təklifin ayrıca qəbuluna ehtiyac qalmır.
3. Manat kreditinə güzəşt hesablana zaman kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsində 360 gündən çox gecikdirilmiş borclar əsas götürüləcək. Daha məqsədə uyğun olardı ki, qaydalar hazırlayan zaman güzəşt son 1 ildə problemli kredit kimi rəsmilləşən qalıq məbləği nəzərə alınmaqla bütün kreditlərə şamil olunsun. Yəni, vətəndaşımız 15 min manat kredit götürüb, onun krediti 1 il öncədən daha əvvəl problemli kredit kimi rəsmilləşib və o 1 il ərzində müəyyən ödənişlər də edib və həmin şəxs də güzəştdən faydalansın.
4. Manatla kreditlərdə əsas qalıq məbləği müəyyənləşən zaman da differensial metodun tətbiq olunması məqsədəuyğundur. Yəni, əsas məbləğ üzrə qalıq 30 min manat olan problemli manat kreditinin 17 min manatına güzəştlərin tətbiqi həyata keçirilsin.
5. Məbləği böyük olmayan xarici valyutada olan lizinq kreditlərinə də kompensasiyanın tətbiqi imkanlarına baxılması məqsədə uyğun olardı.



Kredit güzəşti necə hesablanır?- MÜTLƏQ OXUYUN
İlham Əliyev Problemli kreditlərin həlli ilə bağlı fərman imzalayıb
Fərman devalvasiyadan əvvəl dollarla götürülmüş kreditlərə də şamil ediləcək?
Problemli krediti olan şəxslərə VACİB XƏBƏR
Bu şəxslərin problemli kreditinə güzəşt ediləcək - AÇIQLAMA
Kreditinizin nə qədər silinəcəyini BURADAN ÖYRƏNİN
Problemli kreditlərin həlli ilə bağlı elektron resurs hazırlanıb
Problemli krediti olanların nəzərinə...
Problemli krediti olanlar mütləq oxuyun
Gözlənilən gün gəldi- Problemli kreditlərlə bağlı veriləcək kompensasiyanın məbləği...
Kreditlərlə bağlı şad xəbər: İlin sonunda...
Sahibkarlara 50 milyona yaxın subsidiya ödənildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 