“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin layihəsi”nə əsasən gələn il Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı kompensasiya ödənişlərinin həyata keçirilməsi üçün 9,5 mln. manat vəsaitin ayrılması nəzərdə tutulur. Həmçinin sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı xərclər üçün 9,3 mln. manat subsidiya ayrılacağı gözlənilir.
ONN media bildirir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Ölkə.az -a açıqlamasında bildirdi ki, 2022-ci ildə bank sektorundakı güzəştlər davam etdiriləcək. Büdcə sistemi haqqında qanuna uyğun olaraq təqdim olunmuş “2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsində həm fiziki şəxslər, həm sahibkarlar üçün dövlət dəstəyinin olunması və kompensasiyanın ödənilməsi nəzərədə tutulur:
“Əvvəla fiziki şəxslər üçün 9,5 mln manat vəsaitin problemli kreditlərin həlli üçün ayrılması təklif olunur. Bu, daha çox pandemiyanın təsir etdiyi sektorda çalışan vətəndaşlar üçün güzəşt müddətinin uzadılması nəticəsində həyata keçirilən dəstək olacaq. Nəzərə alsaq ki, Mərkəzi Bank güzəşt müddətinin ilin sonuna qədər uzadılması ilə bağlı qərar qəbul edib, pandemiya və xüsusi karantin rejiminin davam edəcəyi halda bu müddətin 2022-ci ildə də uzadılacağı gözlənilir. Eyni zamanda, əvvəlki illərdə problemli kreditlərin həlli ilə bağlı dövlət dəstəyinin genişləndirilməsi müşahidə olunmuşdu. Həmin paket daxilində problenmli kreditlərini ödəməkdə fərqli səbəblərdən çətinliyi olan vətəndaşlarımızla bağlı da müzakirələr gedir. Mərkəzi Bank bu istiqamətdə də dəstəyini davam etdirəcək”.
Millət vəkilinin sözlərinə görə, 9,3 mln manat isə sahibkarların dəstəklənməsi, faizlərin kompensasiya edilməsi və subsidiyanın verilməsi üçün istifadə ediləcək: “İqtisadiyyat Nazrliyi tərəfindən sahibkarların dəstəklənməsi siyasəti davam etdirilir və xüsusilə, pandemiyadan əvvəkli dövrdə kredit götürmüş vətəndaşların kreditlərinə subsidiya tətbiq edilir. 2022-ci ildə də bu mexanizmdən istifadə olunacaq, faizlərin bir qismi dövlət tərəfindən maliyyələşəcək. Bu da sahibkarların daha aşıağı faizlə kredit götürməsinə imkan verəcək. Bütün bunlar həmin kreditlərin qaytarılması ilə bağlı mövcud çətinliklərin əvvəlcədən yumşaldılması, sahibkar xərclərinin bir qisminin kompensasiyası baxımından vacibdir”.
“Ümumilikdə, 2022-ci ildə fiziki və hüquqi şəxslərin kreditlərinin ödənilməsi, faizlərin subsidiyalaşması ilə bağlı dövlət dəstəyi davam etdiriləcək və bu, dövlət büdcəsində öz əksini tapıb. Büdcə təsdiqləndikdən sonra bu sahəyə vəsait ayrılacaq”, - deyə V. Bayramov əlavə edib.



Problemli kreditlərlə bağlı işlərin icraatı təxirə salınıb?- AÇIQLAMA
Kredit borcu olanların DİQQƏTİNƏ
Siyasi partiyalara nə qədər vəsait ayrılıb?
Problemli kreditlərin həcmi artıb - Deputat bankları TƏNQİD ETDİ
Əmanətlərin sığortalanması ilə bağlı VACİB YENİLİK - Məbləğ artırıldı
"Bakı Metropoliteni"nə 40 milyon manat subsidiya veriləcək
Milli Məclisin iclası başladı
Gələn il Qarabağ üçün nə qədər vəsait ayrılacaq?
Azərbaycanın ərzaq təhlükəsizliyi üçün yarım milyard manat ayrılacaq
2024-cü ilin dövlət büdcəsi təsdiq edildi
Azərbaycanda sosialyönümlü xərclər 14% artırılır
Taksi sürücüləri buna görə ödəniş edəcəklər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 