Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira SüleymanovaErmənistanda əsirlikdə saxlanılan Elvin İbrahimovla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Elena Ajmone Sesseraya müraciət ünvanlayıb. ONN media xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb. Azərbaycan vətəndaşı, Qazaxrayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü, Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan və dəfələrlə müalicə almış, II qrup əlil İbrahimov Elvin Arif oğlu anasının dediyinə görə bu ilin mart ayının 15-də evdən işə getmək adı ilə çıxıb, sonradan Qazax rayonunun Ermənistan Respublikasının Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb və hazırda əsirlikdə saxlanılır. Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair 1949-cu il tarixli Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən mülki şəxslərin girov götürülməsi qadağan olunur və onlar tez bir zamanda mənsub olduğu ölkəyə qaytarılmalıdır. Eyni zamanda E.İbrahimovun II qrup əlil olduğunu və sərhədi səhvən keçərkən Ermənistan hərbçiləri tərəfindən yaralandığını nəzərə alaraq, adı çəkilən konvensiyanın 16-cı maddəsinə əsasən xüsusi qayğı və himayə ilə əhatə olunmalı, tez bir zamanda əsirlikdən azad edilməlidir. Lakin təəssüflə qeyd edilməlidir ki, Ermənistan tərəfi hər zaman olduğu kimi, bu dəfə də beynəlxalq hüquq norma və prinsiplərini pozaraq, mülki şəxsi girov götürmüş, onun əlilliyi olmasına baxmayaraq, tez bir zamanda ölkəsinə qaytarılması istiqamətində hər-hansı bir tədbir görməmişdir. Qeyd olunan beynəlxalq normaları və E.İbrahimovun anasının Azərbaycan Ombudsmanına ünvanladığı xahiş məktubunu nəzərə alaraq, Müvəkkil Elmira Süleymanova tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Elena Ajmone Sesseraya müraciət ünvanlanıb. Müraciətdə Komitənin mandatı çərçivəsində E.İbrahimovun əsirlikdə olduğu müddətdə hər hansı fiziki və mənəvi zorakılığa məruz qalmamasının təmin edilməsi, əsir saxlanıldığı ölkədə fəaliyyət göstərən nümayəndəlikləri vasitəsilə onun səhhətinin və ümumi vəziyyətinin nəzarətdə saxlanılması və mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında yardımçı olmaları xahiş olunub.
Ombudsman əsir azərbaycanlı ilə bağlı BQXK-ya müraciət etdi



Erməni girovluğundan azad olan azərbaycanlının durumu necədir? — Baş həkimdən AÇIQLAMA
Ermənistana keçmiş Azərbaycan vətəndaşı ilə bağlı YENİ XƏBƏR
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Azərbaycanlı ruhi xəstə Ermənistana keçdi - RƏSMİ
Ermənilər ombudsmanın olduğu ərazini atəşə tutdu
Ombudsman iki azyaşlıya görə Baş prokurora müraciət etdi
Ermənistanda əsir götürülən hərbçilərimizin qanunsuz həbsinə ETİRAZ
Ombudsman Aparatı Bakıda ana və körpəsinin ölümü ilə bağlı məlumat yaydı
Elmira Süleymanova yola salınır - Yeni Ombudsman seçiləcək
Ombudsman danışdı: "Rahat olun"
Əsir hərbçimizə hökm oxundu: Əliyevadan reaksiya
Ombudsman sərhəddəki gərginliklə bağlı bəyanat verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 