Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası azaraq Ermənistan tərəfə keçmiş Azərbaycan vətəndaşı ilə bağlı məlumat yayıb.
Dövlət Komissiyasından ONN media -ya verilən məlumata görə, hazırda Ermənistanda saxlanılan Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu ilə bağlı məsələ hadisənin baş verdiyi gündən etibarən komissiyanın diqqət mərkəzindədir.
E.İbrahimovun azad edilməsi ilə bağlı Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlanmış, onun ruhi xəstə olduğu və əqli inkişafdan geri qaldığı diqqətə çatdırılıb.
"Daxil olan məlumata əsasən, 19 mart 2019-cu il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan Respublikasındakı Nümayəndəliyinin əməkdaşları saxlandığı xəstəxanada E.İbrahimova baş çəkmişlər. E.İbrahimovun səhhətində hər hansı problemin olmadığı və qarşı tərəfə keçərkən ayağından aldığı yaranın müalicəsinin davam etdirildiyi bildirilir", komissiyadan bildirilib.
Dövlət Komissiyası hazırda tərəflərdə saxlanılan şəxslərin hamının-hamıya prinsipi ilə azad edilməsinin zəruri olduğunu bir daha vurğulayır.
Ermənistana keçmiş Azərbaycan vətəndaşı ilə bağlı YENİ XƏBƏR



BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Ombudsman əsir azərbaycanlı ilə bağlı BQXK-ya müraciət etdi
Füzulidə 1992-ci ildə əsir düşən hərbçimiz tapılıb? - RƏSMİ AÇIQLAMA
Erməni girovluğundan azad olan azərbaycanlının durumu necədir? — Baş həkimdən AÇIQLAMA
Dilqəm və Şahbazla bağlı RƏSMİ AÇIQLAMA
İtkin düşən əsgərlərlə bağlı beynəlxalq təşkilatlara müraciət olundu
7 meyitin qalıqları Azərbaycana təhvil verildi - RƏSMİ
Əsir hərbçimizə hökm oxundu
Komissiya Azərbaycan əsgərinin meyitinin qaytarılmasını tələb etdi
Şəhidin cəsədi 31 ildən sonra tapılıb? - Rəsmi
SON DƏQİQƏ: Ermənistanda əsir-girovluqda olan AZƏRBAYCANLILARIN SAYI AÇIQLANDI - RƏSMİ
9 şəhid məzarı ekshumasiya ediləcək
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 