Cəlilabadda kənd sakinləri təsərrüfat işləri görərkən maraqlı maddi mədəniyyət nümunələri aşkar ediblər. ONN media xəbər verir ki, bunlar arasında ən maraqlısı dəmirdən hazırlanmış döyüş baltasıdır. Rayonun Şatırlı kəndində aşkarlanmış maddi mədəniyyət nümunələrinin əksəriyyəti daşdan hazırlanmış əşyalardır. Onlardan birinin üzərində xüsusi damğa var ki, tarixçilərin sözlərinə görə bu adam mənasını ifadə edir. Tarixi mənbələrdə bu tip nümunələrə Altay və Şərqi Anadolu əraziləri boyunca da rast gəlinir. Tapıntılar arasında ən maraqlısı isə dəmirdən olan döyüş baltasıdır. İndiyə kimi Cəlilabad rayonunda dəmirdən müxtəlif tip alətlər tapılsa da döyüş baltasının tapılması ilk hadisədir. Tarixi məlumatlara görə qədimdə silah qismində istifadə olunan alət 5-8-ci əsrlərə aiddir. Tapılmış tarixi nümunələr Cəlilabad tarix diyarşünaslıq muzeyinə təhvil verilib.
Cəlilabadda maraqlı tapıntı aşkar edildi



Ağdam ərazisində qədim əşyalar aşkarlandı
Xınalıqda nadir tapıntılar aşkarlandı
Cəlilabadda silahlı şəxs saxlanıldı
Cəlilabadda yol qəzası olub
Moskvada Azərbaycana aid tarixi sikkə tapıldı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva muzeyin açılışında
Xocavənddə meşəlik ərazidə xeyli silah-sursat tapıldı
Şəkidə yeni qədim abidə aşkar edildi
Marşrut avtobusundan qədim pullar tapıldı - Foto
Cəlilabadda ata və oğlu bıçaqlandı
Bu gün muzey və tarixi yerlərə giriş pulsuz olacaq
Cəlilabadda qədim məzarlıq tapıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 