İyunun 26-da Moskvanın İlinki rayonunda aparılan geniş abadlıq işləri çərçivəsində tapılan nümunələr arasında arxeoloqlar Azərbaycana aid sikkə aşkar ediblər. ONN media xəbər verir ki, bu barədə “Paytaxt Arxeologiya Bürosu”nun baş direktoru Konstantin Voronin danışıb. Voroninin sözlərinə görə, bölgədən tapılan arxeoloji nümunələr burada XVII-XIX əsrlərdə qızğın ticarət aparıldığını sübut edib”. “Qarşımızda unikal sikkə dayanır. Bunlar Şirvanda – Qafqazda, şimalda Dərbənddən tutmuş cənubda Kür çayının deltasına qədər uzanan tarixi əyalətdə dövriyyədə olub. İndi bu ərazidə Azərbaycan yerləşir”. “Paytaxt Arxeologiya Bürosu”nun elmi işlər üzrə direktoru İvan Volkovun sözlərinə görə, tapılan sikkə 17-ci əsrə aiddir və bu cür pullar heç vaxt Moskvada istifadə edilməyib. Rus alimlərin fikrincə, bu sikkə nə vaxtsa suvenir olaraq bura gətirilib: “Bütün bunlar o dövrün Moskvasının digər şəhərlər və dövlətlərlə geniş ticarət əlaqələri saxladığını göstərir. Yəqin ki, yerli bir Afanasi Nikitin həmin əyalətə səfər edib və onun cibində bu kiçik sikkə qalıb. Daha sonra həmin sikkəni itirib”, – Voronin bildirib. Qeyd edək ki, tapılan arxeoloji nümunələr tədqiqatlardan sonra Moskva muzeyinə təhvil veriləcək.
Moskvada Azərbaycana aid tarixi sikkə tapıldı



Qızıl satıcısı edam edildi
Vikinqlərə məxsus nadir qızıl sırğa tapılıb
Şəkidə yeni qədim abidə aşkar edildi
Cəlilabadda maraqlı tapıntı aşkar edildi
Möhsün Nağısoylu və daha iki direktor işdən çıxarıldı
Marşrut avtobusundan qədim pullar tapıldı - Foto
Xəzinə tapdılar, varlanmaq əvəzinə borca düşdülər...
Qəbələ aeroportunda elə birşey tapıldı ki...
Cəlilabadda qədim məzarlıq tapıldı
Maqsud Mahmudov: "DGK-nin keçmiş əməkdaşına 28 min manatlıq tapança verdim"
Azərbaycanda yeni çay və limon sortları yaradılır
Türk tarixinə aid arxeoloji kitabənin sirri məlum oldu- Foto
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 