Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyasının Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində apardığı arxeoloji qazıntılar nəticəsində yeni abidə aşkar edilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan ONN media -ya verilən məlumata görə, bu il tədqiqatı başlamış 4 saylı qazıntı sahəsində bölgə üçün yenilik olan unikal tapıntı üzə çıxıb. Belə ki, 1984-cü ildən tədqiqat işləri aparılan və bu vaxta qədər nekropol olaraq bilinən Təpəbaşı abidəsinin 2020-ci il arxeoloji tədqiqatlarında ilk dəfə olaraq yaşayış yerinin təsərrüfat tikililəri aşkar edildi. Bunlar antik dövrə aid keramika sobaları və ona aid yardımçı təsərrüfat qurğularıdır. Bütövlükdə abidədə bir keramika sobası və səkkiz təsərrüfat quyusu müəyyən olundu.
1 və 2 saylı qazıntı sahələrində bu il aparılmış qazıntılar nəticəsində antik dövrün müxtəlif mərhələlərinə aid 4 qəbir aşkar edilib. Qəbirlərdən xeyli sayda antik dövrə aid maddi-mədəniyyət nümunələri – saxsı qablar, tunc əşyalar, dəmir silahlar, pasta muncuqlar və s., həmçinin, insan və heyvan qalıqları əldə olundu.
Qazıntı işləri dronla aparılmış aerofotoçəkiliş vasitəsilə sənədləşmiş, əldə olunan materiallar yerindəcə qorunub bərpa edilərək, ilkin çöl şəraitində inventar siyahısına alınmışdır.
Bu il Şəkidə aparılan arxeoloji tədqiqatlara qazaxıstanlı arxeoloqlar mövcud pandemiya səbəbindən qatıla bilmədilər. Buna baxmayaraq, bu ilki qazıntı materiallarının elmi təhlilində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar müştərək fəaliyyət göstərəcəklər. Arxeoloji tədqiqatlar 2021-ci ildə də davam etdiriləcək.
Şəkidə yeni qədim abidə aşkar edildi



Xınalıqda nadir tapıntılar aşkarlandı
Qəbələ aeroportunda elə birşey tapıldı ki...
Lələtəpədə qazıntı aparıldı, yeni tapıntılar üzə çıxdı
Ağdam ərazisində qədim əşyalar aşkarlandı
Naxçıvantəpədə arxeoloji tədqiqatlar aparılır
Cəlilabadda qədim məzarlıq tapıldı
Yardımlıda qədim abidələr aşkar edildi
Damcılı mağarasında arxeoloji qazıntılar aparılır
Şəkidə küp qəbir tapıldı - VİDEO
Peyğəmbərin yaxın silahdaşının məzarı tapılıb
Türk tarixinə aid arxeoloji kitabənin sirri məlum oldu- Foto
Cəlilabadda maraqlı tapıntı aşkar edildi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 