"Fəxrəddin Abbasov Azərbaycana ekstradisiya olunub. Amma çox istərdik ki, boynu əyilmiş vəziyyətdə həbsxanaya aparılması görüntüləri yayılsın. Vətənə etdiyi xəyanətə görə layiqli cavabını alacaq". ONN media xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib. Millət vəkili əlavə edib ki, Ombudsmanın illik hesabatında 63 təklif irəli sürülüb: “Ancaq hesabatda bu təkliflərin neçəsinin hökumət tərəfindən qəbul edildiyi, neçəsinin qəbul edilmədiyi haqda heç nə yoxdur. Hesab edirəm ki, növbəti hesabatlarda bu məqamlar qeyd edilməlidir. Çünki bu təkliflərin böyük hissəsi çox əhəmiyyətlidir. Deputatlar bilməlidir ki, hansı təkliflər qəbul edilməyib. Çünki hökumətin hesabatı vaxtı bu məsələni də qaldıra bilərik”. Q. Həsənquliyev ombudsmanın məhkəmələr haqqında qaldırdığı məsələyə əlavə olaraq deyib ki, məhkəmədə mülki işlərin uzanması narahatlıq yaradır: “Mən bu məsələni bir dəfə də qaldırmışam. Bəzilərinin əmlak, mənzil məsələləri olur. İnsanlar bundan ciddi əziyyət çəkirlər. Əgər birinci instansiya məhkəməsi səhv edibsə, bu səhvi apelyasiya instansiyası aradan qaldırmalıdır. Bəzən kasassiya şikayəti yenidən birinci instansiya məhkəməsinə qaytarılır və araşdırılması istənilir. Ancaq hesab edirəm ki, Ali Məhkəmə səviyyəsində bu məsələ öz həllini tapmalıdır”. Q. Həsənquliyev daha sonra qeyd edib ki, tikinti şirkətlərinin bir mənzili bir neçə nəfərə satması praktikası var: “Hesab edirəm ki, bu da ciddi problemdir. Düşünürəm ki, tikinti şirkətlərinə notariat qaydada rəsmiləşdirilmədən mənzil satışı qadağan edilməlidir”.(publika)
Bu mənzillərin satışı qadağan edilsin - Millət vəkilindən TƏKLİF



Deputatdan açıqlama- "Bu içkilərin satışına məhdudiyyət qoyulsun"
Milli Məclis Ombudsmanın hesabatını təsdiq etdi
Qüdrət Həsənquliyev: "Azərbaycanda ingilisdilli telekanalın açılmasına ehtiyac var"
Bu şəxslərə 10 min manat maaş veriləcək?
Uşaq pulu həll edilsin və...- Deputat
Deputatlar özləri üçün ömürlük pasport istədi
Şuşa şəhəri haqqında qanun layihəsi qəbul edildi
Qüdrət Həsənquliyev: “Azərbaycan vətəndaşlarının Avropaya vizasız səfərini gündəmə gətirməliyik”
Polislərin maaşı 2 dəfə artırılsın - Deputat
Jurnalistlərə ordudan yazmağı qadağan etmək düzgün deyil- QÜDRƏT HƏSƏNQULİYEV
Əlillik dərəcələri ilə bağlı qanunlara dəyişikliklər qəbul edildi
10 yaşadək uşaqlara müavinət verilsin - Millət vəkili
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 